Soyadın Dəyişdirilməsi

Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə xarici ölkədə daimi yaşayan vətəndaşın yaşayış yeri üzrə konsulluğa verilir.

Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir.

Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir.

18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir.

Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.

Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə (2-ci dəfə) dəyişiklik edilməsinə yol verilmir.

Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir.

Soyadın dəyişdirilməsi

Azərbaycan Respublikası vətəndaşlarının soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Lakin nikahın bağlanması ilə əlaqədar tərəflərin istəyi ilə onların soyadı dəyişdirilə bilər.

 Tələb olunan sənədlər

Xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən soyadın dəyişdirilməsi haqqında ərizə yaşayış yeri üzrə konsulluğa verilir və soyadın dəyişdirilməsi konsulluq tərəfindən həyata keçirilir.

Soyadın dəyişdirilməsi üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

  1. Ərizə - iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd aparılır və o, ərizə verən şəxsə qaytarılır.
  2. 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil;
  3. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
  4. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
     
  5. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
  6. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələri;
  7. Şəxsiyyətini təsdiq edən sənədin surəti (notariat qaydasında təsdiq olunmuş);
  8. ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (notariat qaydasında təsdiq olunmuş);
  9. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda dövlət rüsumunun ödənilməsinə dair sənəd.

Arxiv üzrə axtarış