Konsulluq qeydiyyatı
Xarici ölkələrdə müxtəlif səbəblərlə yaşayan Azərbaycan Respublikası vətəndaşları yaşadıqları yerə ən yaxın Azərbaycan Respublikasının fəaliyyət göstərdiyi Səfirlik və Baş konsulluqlarında konsulluq qeydiyyatından keçməlidirlər. Konsulluq qeydiyyatı üçün tələb olunan sənədlər aşağıdakı kimidir:
- Qeydiyyat forumu – (2-ci səhifədə əlavə olunur)
- Pasportun surəti
- Şəxsiyyət vəsiqəsinin surəti
- Müvəqqəti və ya daimi yaşayış vəsiqəsinin surəti
- 1 ədəd foto şəkil