2021-11-10

Misir mətbuatında Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş materiallar yayımlanıb

Qahirə, 10 noyabr, AZƏRTAC

Misir KİV-ində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş məqalələr yayımlanıb.

AZƏRTAC xəbər verir ki, “Əl Diplomasi” portalında Şuşada Zəfər Gününə həsr olunmuş musiqili atəşfəşanlıq barədə xəbər və videomaterial yayımlanıb. Bundan başqa, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Şuşada hərbçilər qarşısında çıxışının da tam mətni yerləşdirilib.

Misirin “Asiaelyom” informasiya agentliyinin saytında isə Dövlət Bayrağı Gününə həsr olunmuş məqalə yayımlanıb. Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayrağımızın tarixindən, xalqımızın azadlıq və suverenlik uğrunda mübarizəsinin rəmzi olan dövlət atributunun rənglərinin mənasından bəhs olunur. Müəllif vurğulayır ki, Azərbaycan Ordusunun şanlı Qələbəsindən sonra üçrəngli bayraq işğaldan azad olunmuş torpaqlarda dalğalanır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

https://azertag.az/xeber/1922560

Arxiv üzrə axtarış