2021-11-06

Misir portalı Prezident İlham Əliyevin Qlobal Bakı Forumunda çıxışını tam yayımlayıb

Qahirə, 6 noyabr, AZƏRTAC

Misirin “Əl Diplomasi” portalı Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən növbəti Qlobal Bakı Forumunda dövlətimizin başçısının çıxışının tam mətnini və videosunu yayımlayıb.

İngilis dilində də informasiyalar yerləşdirən portalın AZƏRTAC-a istinadla yaydığı materialda Prezident İlham Əliyevin çıxışı misirli oxuculara ərəb dilində təqdim edilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

https://azertag.az/xeber/1919782

Arxiv üzrə axtarış