Misirin Nil Mədəniyyət Kanalının “Məktubum” proqramında Nizami Gəncəviyə həsr olunan tədbir işıqlandırılıb.
Verilişdə 2020-ci ilin sentyabr ayında Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan müharibədən və Azərbaycanın əks hücumu və qələbəsindən sonra ölkəmizdə cənab Prezident İlham Əiyev tərəfindən 2021-ci ilin Nizami Gəncəvi ili elan olunmasının hikməti və məramları qeyd olunur. Verilişdə Azərbaycanın füsunkar təbiətini əks etdirən video kadrlara yer verilir. Nizami Gəncəvinin Leyli və Məcnun əsərini tamaşa şəklində hazırlayan, Azərbaycan himnini səsləndirən misirli tələbələrə Səfirliyimiz adından təşəkkürnamələr təqdim edilir.
https://www.youtube.com/watch?v=dW4YGg122bI