2021-08-17
Misirin “Aldiplomasy” portalında Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər rayonuna səfəri zamanı etdiyi çıxışın əsas məqamlarına geniş yer verilib.
Xəbərdə Prezident İlham Əliyevin ermənilərin işğal dövründə Azərbaycanın təbii sərvətlərini qanunsuz talan etdiklərini vurğuladığı qeyd olunub. Dövlətimizin başçısının bu işlərdə ermənilərə yardım edən bəzi şirkətlərin ya Azərbaycana təzminat ödəyəcəkləri, ya da beynəlxalq məhkəmədə cavab verməli olacaqları barədə fikri xüsusi vurğulanıb.