Misir KİV-ləri Azərbaycan Prezidentinin Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində çıxışından əsas məqamları yayıb
Azərbaycan Prezidenti İlham Əliyevin Ələt Azad İqtisadi Zonasının təməlini qoyması və təməlqoyma mərasimində çıxışının əsas məqamları Misirin mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.
Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə “Asiaelyom” informasiya agentliyinin saytında, “Əl-Masr Əl Yom” və “Əl-Dustur” qəzetlərində, “Dünya xəbərləri”, “Əl Vəsilə”, “Al-Diplomasy” və sair xəbər portallarında yayılmış xəbərlərdə qeyd olunub ki, dövlətimizin başçısına ümumi sahəsi 850 hektar olacaq Ələt Azad İqtisadi Zonasındakı 60 hektar sahədə layihələndirmənin başa çatdığı və inşaat işlərinə başlandığı barədə məlumat verilib.
Xəbərlərdə əsas diqqət Prezident İlham Əliyevin çıxışındakı xarici investorlarla bağlı məsələlərə yönəlib. Materiallarda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı qanunvericilik üzrə görülən işlərin həm sərmayədarların, həm də ölkənin maraqlarına cavab verdiyini, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həllinin artıq yeni bir vəziyyət yaratdığını, uzunmüddətli sabitlik, sülhün artıq investorlar üçün də gün kimi aydın məsələ olduğunu, bütün bu amillərin mövcudluğu və gələcəyə olan inamın xarici sərmayədarları bu zonaya cəlb edəcəyini söyləyib. O əlavə edib ki, işğaldan azad edilmiş torpaqlarda başlayan tikinti-quruculuq işləri də iqtisadi canlanmaya səbəb olacaq və bütün bu sahələrə xarici investisiyalar cəlb ediləcək.
Sonda diqqətə çatdırılıb ki, Ələt Azad İqtisadi Zonası layihəsinin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkənin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
Linklər əlavə olunur:
- https://www.dostor.org/3501541/رئيس-أذربيجان-يضع-حجر-الأساس-لمنطقة-آلات-الاقتصادية-الحرة
- https://www.almasryalyoum.com/news/details/2372832
- https://www.asiaelyoum.com/94333/2021/07/05/الرئيس-الأذربيجاني-يضع-حجر-الأساس-لمن/
- https://worldnewnews.com/الرئيس-إلهام-علييف-يضع-حجر-الاساس-لمنط/
- https://rayetmisr.com/archives/21007
- https://egyvote.com/2021/07/05/الرئيس-إلهام-علييف-يضع-حجر-الاساس-لمنط/
- https://ta7iamasr.com/الرئيس-إلهام-علييف-يضع-حجر-الاساس-لمنط/
- https://www.misrtalateen.com/2021/07/05/الرئيس-إلهام-علييف-يضع-حجر-الاساس-لمنط/
- https://elkhabarelhadef.com/2021/07/05/رئيس-اذربيجان-إلهام-علييف-يضع-حجر-الاس/
- http://www.alwasela.com/788344
- https://www.nile1.com/أذربيجان-تضع-حجر-الاساس-لمنطقة-آلات/
- https://www.aldiplomasy.com/?p=106915