2021-06-29

Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş məqalə Misirin KİV-lərində dərc edilib

Misirin “Aldiplomasy” portalında Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş geniş məqalə dərc edilib.

“Azərbaycanda ilk milli ordunun yaranmasından 103 il ötür” sərlövhəli məqalədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordunun yaranması, hələ çar Rusiyası zamanı Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseynxan Naxçıvanski və digər məşhur azərbaycanlı generalların yetişməsindən bəhs olunur. Qeyd olunur ki, məhz bu görkəmli hərbçilər milli ordunun formalaşmasında böyük xidmətlər göstəriblər. Milli ordumuz daşnak-bolşevik hərbi dəstələrinə qarşı rəşadətlə döyüşüb.

Məqalədə vurğulanıb ki, Sovet İttifaqının süqutundan sonra yenidən müstəqillik əldə edən Azərbaycanda ordu quruculuğu dahi siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün qüdrətli Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu bu Ordu cəmi 44 gün ərzində torpaqlarını Ermənistanın işğalından azad edə bildi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri xalqın qürur mənbəyidir. Peşəkar, ən yüksək səviyyəli hərbi texnika ilə təchiz edilmiş, hər bir hərbi tapşırığın öhdəsindən layiqincə gələ bilən Azərbaycan əsgəri düşmən ordusunu darmadağın edərək, onu öz torpaqlarından qovdu. Hərb meydanında qazanılmış Zəfər siyasət arenasına da qələbə gətirdi. Artıq Azərbaycan rəhbərliyi regionda yaranmış yeni reallığın fonunda öz şərtlərini inamla diktə edə bilir. Ermənilərin ortaya atdıqları qondarma “Artsax respublikası” doğrudan da həmişəlik cəhənnəmə vasil oldu.

  1. https://www.dostor.org/3492585
  2. https://rayetmisr.com/archives/20587
  3. https://worldnewnews.com/أذربيجان-تحتفل-بمرور-103-سنة-على-إنشاء-أو/
  4. https://elkhabarelhadef.com/2021/06/26/أذربيجان-تحتفل-بمرور-103-عاماً-على-إنشاء/
  5. https://www.alkhabralmasry.com/2021/06/103.html
  6. https://www.aldiplomasy.com/?p=106751

 

Arxiv üzrə axtarış