2021-05-25

“28 may Respublika günü” ilə əlaqədar Misirdə silsilə tədbirlər keçirilib.

“28 may Respublika günü” münasibətilə Qahirədə tarixi Opera kompleksinin Salah Tahir adına sərgi salonunda Azərbaycan rəssamlarının işləri nümayiş etdirilib. Azərbaycan Respublikasının Misirdəki Səfirliyi və Qahirə Opera Evi tərəfindən təşkil olunan  “Xarı bülbül” adlı sərgidə Azərbaycan xalq rəssamlarının tabloları ilə  yanaşı gənc rəssamlarımızın işləri də sənətsevərlərin diqqətinə təqdim olunub.

Həmçinin, 28 may Respublika günü münasibətilə AR-ın Misirdəki Səfirliyi tərəfindən Misirin tanınmış beşulduzlu mehmanxanalarından biri olan Concorde-El-Salam mehmanxanasında “Made in Azerbaijan” brendli məhsullarımızın təqdimatı keçirilmişdir.

28 may Respublika günü ilə əlaqədar Qahirədəki səfirliyimizdə ziyafət verilmişdir. Ölkədə mövcud olan Covid-19 pandemiya məhdudiyyətləri çərçivəsində tədbirlərin keçirilməsinin qadağan olduğuna görə, ziyafətə Misir və xarici diplomatik korpusun nümayəndələri dəvət olunmamışdır. Bayram tədbirində Misirdə  yaşayan, burada işləyən, təhsil alan vətəndaşlarımız dəvət olunmuşdur. Tədbirdə səfir T.Rzayev çıxış etmişdir.

28 may Respublika günü ilə əlaqədar MƏR Prezidenti Əbdülfəttah Əs-Sisinin xüsusi nümayəndəsi Məhəmməd Rza Səfirliyimizə gələrək ölkə prezidentinin təbriklərini çatdırmışdır.

28 may Respublika günü münasibətilə AR-ın Misirdəki səfiri Tural Rzayevin məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik xəbərlər agentlikləri (Yaxın Şərq Xəbərlər Agentliyi, Asiaelyoum Xəbərlər Agentliyi) və qəzetlərində (“Əl-Cumhuriyyə”, “Dostor”, “Əl-Diplomasy” və s.) geniş şəkildə yayılmışdır (linklər əlavə olunur). 

Məqaləsində səfir 28 may 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul edilməsi ilə təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqin ilk respublikası olduğunu qeyd etmişdir.

90-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən səfir hakimiyyətin bir neçə dəfə dəyişdiyini, daxildən və xaricdən bir çox təzyiqlərlə üzləşdiyini bildirmiş, nəhayət 1993-cü ildə xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanıldığını bildirmişdir. Məhz Ulu öndərin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsaslarının gücləndiyi məqalədə vurğulanmışdır.

Ulu öndər Heydər Əliyevin yolunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illər ərzində sürətlə inkişaf etdiyini söyləyən səfir Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı ordumuzun otuz ilə yaxın davam etmiş erməni işğalına son qoyaraq, Azərbaycan torpaqlarını azad etməsini, ərazi bütövlüyünü və suverenliyini təmin etməsini qeyd etmişdir.

Linklər əlavə olunur:

  1. Yaxın Şərq Xəbərlər Agentliyi;
  2. https://gate.ahram.org.eg/News/2746122.aspx
  3. Asiya Əl-Youm İnformasiya Agentliyi;
  4. https://www.dostor.org/3458285/أذربيجان-تحتفل-بمرور-103-عام-على-تأسيسها-أول-جمهورية-برلمانية-وديمقراطية-عرفها-الشرق-المسلم
  5. https://www.nile1.com/السفير-تورال-رضاييف-يكتب-أذربيجان-تحت/
  6. https://www.aldiplomasy.com/?p=106118
  7. http://www.alwasela.com/784094

Arxiv üzrə axtarış