2021-04-29

Misirdə “Made in Azerbaijan” brendli məhsullarımızın təqdimatı keçirilib

Cari ilin 29 aprel tarixində AR-ın Misirdəki Səfirliyi tərəfindən Misirdə “Made in Azerbaijan” brendli məhsullarımızın təqdimatı keçirilmişdir.

“Made in Azerbaijan” brendli məhsullarımızın təqdimatı Misirin tanınmış beşulduzlu mehmanxanalarından biri olan Concorde-El-Salam mehmanxanasında təşkil edimişdir. Bu məhsullar sırasına müxtəlif çərəzlər, qoz, fındıq, badam, bəhməz, kişmiş, qaysı, meyvə şirələri, kompotlar, mürəbbələr, bal, şəkərbura, paxlava, qablaşdırılmış çay növləri daxildir.

Tədbir iftar saatlarına rast gəlindiyi üçün Misir ictimaiyyəti, o cümlədən dəvət olunan iş adamları və jurnalistlər, habelə mehmanxana qonaqları tərəfindən böyük maraqla qarşılanmışdır.

“Made in Azerbaijan” brendli məhsullarımızın dadı və keyfiyyəti ilə tanış olan qonaqlar tədbirdən xeyli məmnun qaldıqlarını ifadə etmişlər. Həmçinin, bu tədbir iki ölkə arasında biznes mühitinin inkişaf etdirilməsi baxımından maraq kəsb edərək, misirli iş adamlarının diqqətini cəlb etmişdir.

Tədbir Misirin kütləvi informasiya vasitələrində- “Əl-Əhram”, “Əxbarul-Youm”, “Asiya Əl-Youm”, “Əl-Diplomasy”, “Rayət-Masr”, “Tahya Masr”, “Əl-Ğad”, “Məcəllə Əl-Ərəbiyyə” və sair xəbər saytlarında, həmçinin sosial şəbəkələrdə də geniş şəkildə işıqlandırılmışdır.

Linklər əlavə olunur:

  1. https://gate.ahram.org.eg/News/2704890.aspx
  2. https://m.akhbarelyom.com/news/NewDetails/3347298/1/%D8%AA%D9%86%D8%B8%D9%8A%D9%85-%D9%85%D8%B9%D8%B1%D8%B6--%D8%B5%D9%86%D8%B9-%D9%81%D9%8A-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86--%D8%A8%D8%A7%D9%84%D9%82%D8%A7%D9%87%D8%B1%D8%A9..-%D8%A7%D9%84%D9%8A%D9%88%D9%85
  3. https://m.gomhuriaonline.com/اذربيجان%20تنظم%20معرضا%20لمنتجاتها%20الغذائية%20بالقاهرة%C2%A0/816652.html
  4. https://www.almasryalyoum.com/news/details/2322354
  5. https://www.asiaelyoum.com/94151/2021/04/29/%d8%a7%d8%ad%d8%aa%d9%81%d8%a7%d8%a1-%d8%a8%d8%b4%d9%87%d8%b1-%d8%b1%d9%85%d8%b6%d8%a7%d9%86-%d8%b9%d8%b1%d8%b6-%d9%85%d9%86%d8%aa%d8%ac%d8%a7%d8%aa-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86/
  6. https://www.aldiplomasy.com/?p=105445
  7. https://www.elghad.com/?NewsPage=192424
  8. https://ta7iamasr.com/%d8%b9%d8%b1%d8%b6-%d9%85%d9%86%d8%aa%d8%ac%d8%a7%d8%aa-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%81%d9%8a-%d9%85%d8%b5%d8%b1-%d8%a8%d9%81%d9%86%d8%af%d9%82-%d9%83%d9%88%d9%86%d9%83%d9%88/
  9. https://rayetmisr.com/2021/04/29/%d8%b9%d8%b1%d8%b6-%d9%85%d9%86%d8%aa%d8%ac%d8%a7%d8%aa-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%81%d9%8a-%d9%85%d8%b5%d8%b1-%d8%a8%d9%81%d9%86%d8%af%d9%82-%d9%83%d9%88%d9%86%d9%83%d9%88/
  10. http://at-magazine.com/archives/35736
  11. https://www.arabsvoice.com/%d8%b9%d8%b1%d8%b6-%d9%85%d9%86%d8%aa%d8%ac%d8%a7%d8%aa-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d9%81%d9%8a-%d9%85%d8%b5%d8%b1-%d9%81%d9%8a-%d9%81%d9%86%d8%af%d9%82-concorde-el-salam/
  12. http://www.alwasela.com/781617
  13. https://alkhabaralyoum.com/index.php/more/more-news/34693-
  14. http://jedariiat.net/news/10270
  15. https://www.aldawlanews.com/807461
  16. https://elommal.com/archives/99483

https://belbalady.net/Msr/BELBALADY2967961/تنظيم-معرض-صنع-في-أذربيجان-بالقاهرة-اليوم%C2%A0.html

Arxiv üzrə axtarış