Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan olunması Misir KİV-lərində işıqlandırılmışdır
Misirin rəsmi MENA informasiya agentliyi, “Əl Masr Əl Youm” qəzeti, həmçinin “Dustur” və “Əl Vatan Xəbər” və sair xəbər portallarında Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan olunması haqqında xəbərlər yayılıb.
Səfirliyimizə istinadən yayılan “Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edib” sərlövhəli xəbərlərdə Azərbaycan Prezidentinin yanvarın 5-də etdiyi çıxışa geniş yer verilib.
Yazıda Qarabağın incisi kimi təqdim edilən Şuşa şəhərinin 1992-ci ildə Ermənistan tərəfindən işğal edildiyi və ötən il noyabrın 8-də düşmən tapdağından azad olunduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, bu qədim şəhər Azərbaycan tarixində və mədəniyyətində rəmzi məna daşıyır, tanınmış azərbaycanlı musiqiçilərin və görkəmli elm-mədəniyyət xadimlərinin yurdudur.
Sonda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev yeni təyin olunmuş mədəniyyət nazirinə Şuşa şəhərində musiqi festivalı və poeziya günlərinin keçirilməsinə dair tapşırıqlar verib.
Linklər əlavə olunur:
- Yaxın Şərq Xəbərlər Agentliyi;
https://mena.org.eg/ar/news/dbcall/table/textnews/id/8741317
- https://www.almasryalyoum.com/news/details/2228056?fbclid=IwAR2q65YipyDlWDHm-Q1BojbozjS9iT3wvn9P25zYF22DMtdlEbAEKjQC0nY
- https://elwatnalakbr.com/الرئيس-إلهام-علييف-يعلن-مدينة-شوشا-عاص/
- http://www.alwasela.com/758179
- https://www.elghad.com/?NewsPage=184257
- https://www.aldiplomasy.com/?p=100496
- https://www.dostor.org/3318617
- https://ta7iamasr.com/الرئيس-إلهام-علييف-يعلن-مدينة-شوشا-عاص/