2020-12-14

Ulu öndər Heydər Əliyevin xatirəsi Misirdə də yad olunub

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar AR-ın Misirdəki səfirliyi tərəfindən Misirdə silsilə tədbirlər keçirilmdir.

 

Belə ki, 2020-ci il dekabr ayının 12 tarixində Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkında, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anılma tədbiri keçirildi.

 

Misir-Azərbaycan Dostluq parkında Ulu Öndərin heykəli önündə keçirilən xatirə tədbirində Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin əməkdaşları, Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi - “Vətənpərvər”-in üzvləri, AZƏRTAC-ın Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi müxbiri iştirak etdilər.

 

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anıldı, heykəli önünə güllər qoyuldu.

 

Parkda yerləşən xeyriyyə təhsil ocağına gələn tədbir iştirakçıları burada Ulu Öndərin xatirəsinə həsr olunmuş foto-sərgi və Azərbaycan barəsindəki stendlərlə tanış oldular.

 

Silsilə tədbirlər çərçivəsində AR-ın Misirdəki səfiri T.Rzayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi ilə əlaqədar məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik qəzetlərində işıqlandırılmışdır.

 

Səfir məqaləsində Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz roluna toxunmuş, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyini, dünya dövlətləri sırasında layiqli yerini tutduğunu vurğulamış, Ulu öndərin bir çox sahələrdə olduğu kimi, müasir Azərbaycan diplomatiyasının da qurucusu olduğunu diqqətə çatdırmışdır.

Səfir eyni zamanda, 30 ilə yaxın davam etmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunduğunu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük müharibədə Ermənistan silahlı qüvvələri üzərində tam qələbə qazandığını, işğal olunmuş torpaqlarımızı geri qaytardığını, Ulu öndər Heydər Əliyevin tövsiyələrinin onun siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev tərəfindən həyata keçirildiyini xüsusi olaraq, vurğulamışdır.

Linklər əlavə olunur:

  1. https://akhbarelyom.com/news/newdetails/3191662/1/%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%AA%D8%AD%D9%8A%D9%8A-%D8%A7%D9%84%D8%B0%D9%83%D8%B1%D9%89-17-%D9%84%D9%88%D9%81%D8%A7%D8%A9-%D8%B2%D8%B9%D9%8A%D9%85%D9%87%D8%A7-%D8%AD%D9%8A%D8%AF

  2. https://www.youm7.com/story/2020/12/12/%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%AA%D8%AD%D9%8A%D9%89-%D8%A7%D9%84%D8%B0%D9%83%D8%B1%D9%89-%D8%A7%D9%84%D9%8017-%D9%84%D9%88%D9%81%D8%A7%D8%A9-%D8%B2%D8%B9%D9%8A%D9%85%D9%87%D8%A7-%D8%A7%D9%84%D9%82%D9%88%D9%85%D9%89-%D8%AD%D9%8A%D8%AF%D8%B1-%D8%B9%D9%84%D9%8A%D9%8A%D9%81/5108792

  3. https://www.almasryalyoum.com/news/details/2110011

  4. https://www.shorouknews.com/news/view.aspx?cdate=12122020&id=8b4db630-2675-49fd-9f6b-b9a960dd8082

  5. https://www.dostor.org/3291553

  6. https://www.asiaelyoum.com/93420/2020/12/11/17-عامًا-على-رحيل-علييف-الزعيم-التاريخي/

  7. https://www.nile1.com/السفير-تورال-رضاييف-يكتب-17-عاما-على-رحي/

  8. https://www.aldiplomasy.com/?p=99959

  9. https://www.alkhabralmasry.com/2020/12/17_11.html

  10. https://www.elghad.com/?NewsPage=181493

  11. https://www.elamwal.com/179469

  12. https://ta7iamasr.com/17-عاما-على-رحيل-علييف-الزعيم-التاريخي/

  13. https://rayetmisr.com/2020/12/12/17-عاما-على-رحيل-علييف-الزعيم-التاريخي/

  14. http://embassiesnews.com/?p=6231

  15. http://embassiesnews.com/?p=6241

  16. http://www.alwasela.com/752682

  17. http://www.alwasela.com/752602?fbclid=IwAR1nh0LzPi3A4pO6YVawCySRx2JjnjVTXaxlliPto90SDLVreTk7ftSSmuQ

  18. https://www.nile1.com/أقوال-الزعيم-حيدر-علييف-عن-النصر-وقوة-ا/

Arxiv üzrə axtarış