2020-08-18

Misir qəzeti Azərbaycan XİN və “Azərkosmos” ASC-in Ermənistanın süni məskunlaşdırma siyasətinə dair açıqlamasını yayıb

Misirin nüfuzlu “Akhbarelyom” qəzetində Azərbaycan Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC-nin ölkəmizin işğal edilmiş ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti ilə bağlı “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlərə dair birgə açıqlaması dərc olunub.

Qəzetin AZƏRTAC-a istinadla yaydığı xəbərdə bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində işğalçı ölkənin qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. “Azərkosmos” ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı öz təsdiqini tapıb.

https://azertag.az/xeber/1563663

Arxiv üzrə axtarış