Cari ilin 14 dekabr tarixində Misirin Xarici İşlər Nazirliyinin Misir Şurasında Dr Emil Rəhimovun “Müasir Azərbaycan Diplomatiyasının 100 illiyi” adlı kitabının təqdimatı keçirilmişdir.
Təqdimat mərasimində səfirlər, ictimai-siyasi xadimlər, iqtisadçılar, mediya nümayəndələri, jurnalistlər, misirli və azərbaycanlı tələbələr iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Misir Şurasının sədri, səfir İzzət Səd müasir Azərbaycan diplomatiyasının tarixinin zəngin olduğunu, çox çətin sınaqlardan keçdiyini, müstəqillik dövründə çoxlu nailiyyətlər əldə etdiyini vurğulamışdır. Səfir İ.Səd müasir Azərbaycan diplomatiyasının tarixinə həsr olunan kitabın əhəmiyyətindən danışaraq, kitabın məhz ərəb dilində olmasının Azərbaycan həqiqətlərinin ərəb-müsəlman ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərdən böyük önəm daşıdığını diqqətə çatdırmışdır.
Kitabın müəllifi Emil Rəhimov kitab haqqında danışaraq, həqiqətdə Azərbaycan diplomatiyasının tarixinin çox qədim olduğunu, hətta eramızdan əvvəl III və II minilliyə aid olduğunu, həmin tarixi dövrlərdə, həmçinin eramızdan sonrakı əsrlərdə Azərbaycan ərazisində bir çox dövlətlərin yarandığını qeyd etmiş, daha sonra 1918-ci ildə Müsəlman Şərqdində ilk demokratik respublikanın təsis edildiyindən, iki il müddətində Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi nailiyyətlərdən, Cümhuriyyətin qurucularının xidmətlərindən söz açmışdır. 1991-ci ildə təkrar müstəqilliyini elan edən Azərbaycanın yenidən çətinliklərlə üzləşdiyini, ölkədə daxili-siyasi vəziyyətin mürəkkəb olduğunu, xaricdən artan təhdid və təzyiqlərin olduğunu, 20 faiz torpaqlarımızın Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunduğunu xatırladan E.Rəhimov, nəhayət xalqın tələbi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyini, məhz onun səyləri nəticəsində atəşkəsin bağlandığını, Azərbaycanın daxilində sabitliyin əldə edildiyini, iqtisadiyyatının dirçəlməyə başladığını, dövlətçiliyin əsaslarının qoyulduğunu, ölkəmizin xarici siyasətinin strategiyasının müəyyənləşdirildiyini, Azərbaycanın dünya birliyi ilə sıx əlaqələr qurduğunu diqqətə çatdırmışdır. E.Rəhimov eyni zamanda, ölkəmizin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində beynəlxalq aləmdə layiqli yerini qazandığını, regionda aparıcı ölkə olduğunu, son illər ərzində ölkəmizin əldə etdiyi uğurlu inkişafa toxunmuşdur.
Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri Yusuf Şərqavi çıxış edərək, iki ölkə arasındakı siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, E.Rəhimovun qələmə aldığı kitabın Misir-Azərbaycan diplomatik münasibətlərində xüsusi rol oynayacağını bildirmişdir.
Misir Mədəniyyət Mərkəzinin sabiq müdiri Dr Adil Dərviş çıxış edərək, iki ölkə arasında mədəni əlaqələrin inkişafından söz açmış, Azərbaycan diplomatiyasının 100 illiyinə həsr olunan kitabın geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu, həmçinin iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyini qeyd etmişdir.
Misirin Əxbar qəzetinin redaktoru, tədqiqatçı-jurnalist Məhəmməd Səlamə çıxış edərək, Misir və Azərbaycan arasında əlaqələrin tarixinin qədim olduğunu, iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinin yüksək səviyyədə olduğunu, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirdiklərini vurğulamış, Azərbaycan diplomatiyasının tarixinə həsr olunan kitabın eyni zamanda ərəb jurnalistləri üçün də əvəzedilməz mənbə olduğunu vurğulamışdır.
Daha sonra təqdimat mərasimində iştirak edən qonaqların kitab ətrafında verdikləri suallar müəllif E.Rəhimov tərəfindən cavablandırılmışdır.
Tədbirin sonunda Misir Xarici İşlər Nazirliyinin Misir Şurasının sədri səfir İ.Səd tərəfindən müəllif E.Rəhimova Azərbaycan və Misir arasında əlaqələrin inkişafında göstərdiyi səylərə görə öz təşəkkür və ehtiramını ifadə edən təşəkkürnamə təqdim edilmişdir.
Qeyd edək ki, E.Rəhimovun kitabının təqdimatı Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılmışdır.
Linlər əlavə olunur:
- Əl-Əhram qəzeti, 16 dekabr, 2019-cu il, səh-13.
- Əl-Cumhuriyyə qəzetinin internet səhifəsində: https://m.gomhuriaonline.com/%D9%85%D9%86%D8%A7%D9%82%D8%B4%D8%A9%20%D9%83%D8%AA%D8%A7%D8%A8%20%D8%A7%D9%84%D8%AF%D8%A8%D9%84%D9%88%D9%85%D8%A7%D8%B3%D9%8A%D8%A9%20%D8%A7%D9%84%D8%A7%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%D9%8A%D8%A9%20%D9%81%D9%89%20%D8%A7%D9%84%D9%85%D8%B5%D8%B1%D9%89%20%D9%84%D9%84%D8%B4%D8%A6%D9%88%D9%86%20%D8%A7%D9%84%D8%AE%D8%A7%D8%B1%D8%AC%D9%8A%D8%A9%20/545681.html
- Asiyaelyoum xəbərlər agentliyində: https://www.asiaelyoum.com/91662/2019/12/17/%d8%b9%d9%84%d9%89-%d9%87%d8%a7%d9%85%d8%b4-%d9%86%d8%af%d9%88%d8%a9-%d9%85%d8%a6%d9%88%d9%8a%d8%a9-%d8%a7%d9%84%d8%af%d8%a8%d9%84%d9%88%d9%85%d8%a7%d8%b3%d9%8a%d8%a9-%d8%aa%d9%83%d8%b1%d9%8a%d9%85/
- Aldawlanews: http://www.aldawlanews.com/archives/465276
- Almasryia: https://www.almasryia.com/?p=128302
- Alanoualpresse (Mərakeş Krallığının xəbər saytı): http://www.alanoualpresse.com/article/10286/%D8%B9%D9%8A%D8%AF-%D8%A7%D9%84%D8%AF%D8%A8%D9%84%D9%88%D9%85%D8%A7%D8%B3%D9%8A%D8%A9-%D8%A7%D9%84%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%D9%8A%D8%A9-%D8%A7%D9%84%D9%85%D8%A6%D9%88%D9%8A-..%D8%AA%D9%83%D8%B1%D9%8A%D9%85-%D8%A7%D9%85%D9%8A%D9%84-%D8%B1%D8%AD%D9%8A%D9%85%D9%88%D9%81-%D9%88%D8%B9%D8%B2%D8%AA-%D8%B3%D8%B9%D8%AF-%D9%88%D8%A7%D9%84%D8%B4%D8%B1%D9%82%D8%A7%D9%88%D9%8A-%D9%88%D8%AF%D8%B1%D9%88%D9%8A%D8%B4-%D9%88%D8%B3%D9%84%D8%A7%D9%85%D8%A9.html
- Embasssiesnews: https://embassiesnewscom.com/%d9%81%d9%8a-%d8%b9%d9%8a%d8%af-%d8%a7%d9%84%d8%af%d8%a8%d9%84%d9%88%d9%85%d8%a7%d8%b3%d9%8a%d8%a9-%d8%a7%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86%d9%8a%d8%a9-%d8%a7%d9%84%d9%85%d8%a6/