Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu

Fəsil II
Dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri

Maddə 16. Azərbaycan Respublikasında və ya Azarbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

 

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

16.1.5. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə;

4 manat

16.1.6. tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün

20 ABŞ dolları

16.1.7. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün

350 ABŞ dolları

 

Maddə 17. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri

17.2. Bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş dövlət rüsumları Azərbaycan Respublikasına gələn aşağıdakı əcnəbilərdən alınmır:

17.2.1. Dövlət nümayəndə heyəti üzvləri və rəsmi şəxslərdən;

17.2.2. Azərbaycan Respublikasında beynəlxalq humanitar təşkilatları təmsil edənlərdən;

17.2.3. Dövlət xətti ilə təhsil alan və pedaqoji fəaliyyət göstərənlərdən;

17.2.4. Müdafiə xətti ilə səfər edənlərdən.

17.3. Azərbaycan Respublikasına qrup halında gələn əcnəbilərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu tutulur.

Arxiv üzrə axtarış