news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 iyul 2020

UNA-nın portalında Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında videokonfrans ətraflı işıqlandırılıb

Azərbaycanın Misirdəki səfirliyinin təşəbbüsü və ölkənin tanınmış “Dialoq Siyasi Araşdırmalar və Media” mərkəzi ilə birgə keçirilmiş “Azərbaycan: Ermənistanın təcavüzü, səbəblər və nəticələr” mövzusunda videokonfrans İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyinin (UNA) portalında geniş şəkildə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, UNA-nın xarici işlər bürosunun direktoru Hazim Əbduhun da iştirak etdiyi videokonfrans haqqında ətraflı məlumatda ölkəmizin Misirdəki səfirliyinin ikinci katibi Emil Rəhimov, Qahirə Universitetinin professoru Nurhan əl-Şeyx, Helvan Universitetinin doktoru Adil Dərviş, Azərbaycanın Səudiyyə Ərəbistanında səfirliyinin ikinci katibi İmran Sadıxov, “Dialoq Siyasi Araşdırmalar və Media” mərkəzinin müdiri Əhməd Tahir, AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun Şərq və Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlı və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Gülər Qafqazlının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan sərhədində son hərbi təxribatı haqqında çıxışları yer alıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti