news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 noyabr 2021

Misirli jurnalist: Ermənistanın hərbi təxribatlarının qarşısı alınmalıdır

Qahirə, 17 noyabr, AZƏRTAC

Misirin “Əl Diplomasi” portalının baş redaktoru Əşrəf Əbu Urafənin bu nəşrdə “Ermənistan rəhbərliyinin daha bir hərbi avantürası nə ilə nəticələnək?” sərlövhəli məqaləsi yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinin ildönümünün qeyd olunduğu vaxtda Ermənistan rəhbərliyinin təxribatları davam etdirdiyi diqqətə çatdırılır. Müəllif vurğulayır ki, məqsədyönlü şəkildə törədilən və regionda sabitliyə böyük təhlükə yaradan bu təxribatların qarşısı alınmalıdır: “Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycan ərazisinə icazəsiz səfəri bir avantüra idi. Bunun ardınca növbəti hərbi təxribat başladı və Ermənistan silahlı qüvvələri Laçın və Kəlbəcər rayonlarında Azərbaycan Ordusunun mövqelərini atəşə tutdular. Bütün bunlar göstərir ki, Ermənistan regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil və sərhədlərin delimitasiyasını istəmir. Vurğulamaq istəyirəm ki, erməni qoşunlarının son hərbi təxribatı, əslində, onların öz vəziyyətini daha da ağırlaşdırıb. Bu gün sərhəddə davam edən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

“Əl Diplomasi” portalı noyabrın 16-da Ermənistanın hərbi təxribatı ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarını da Misir ictimaiyyətinə çatdırıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

https://azertag.az/xeber/1928850

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti