news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2022

Misirli baş redaktor Xocalı soyqırımı haqqında analitik məqalə yazıb

Qahirə, 26 fevral, AZƏRTAC

Misirli jurnalist Əbubəkr Əbu Əl-Məcd baş redaktoru olduğu “Asia Əl Yom” agentliyinin saytında Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş analitik məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, misirli jurnalist Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti ilə bağlı geniş təhlil aparıb. O vurğulayıb ki, Xocalı qırğını həmin etnik təmizləmə siyasətinin nəticəsidir və əsas məqsəd azərbaycanlıları qorxudaraq öz doğma yurdlarından didərgin salmaq olub. Baş redaktor yazıb: “Bu gün Azərbaycan xalqı Xocalı soyqırımının 30 illiyini işğalçı və faşist Ermənistan üzərində möhtəşəm Qələbədən sonra azad olunmuş torpaqlarında qeyd edir. Azərbaycan əsgəri 44 günlük müharibədə Xocalıda və digər ərazilərdə vəhşicəsinə qətlə yetirilmiş günahsız insanların qisasını alıb. Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, biz təkcə Ermənistanın işğalına yox, həm də erməni faşizminə son qoyduq”.

Məqalədə, həmçinin misirli oxuculara Xocalı soyqırımı haqqında faktlar, sənədlər, beynəlxalq hüquq müdafiə təşkilatlarının rəyləri və nüfuzlu mətbu orqanlarının faciə barədə yazdıqları təqdim olunub. Müəllif erməni siyasətçilərin – Serj Sarkisyan və Robert Koçaryanın etiraflarını xatırladıb və onların terrorçulara dəstək verdiklərini qeyd edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti