news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 dekabr 2021

Misirdə Mədəniyyət Nazirliyi tərəfindən sərgi təşkil olunub

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasında səfərdədir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dekabrın 8-dən 10-dək Misirin paytaxtı Qahirə şəhərində keçirilən ikinci Ali Təhsil və Elmi-Tədqiqatlar üzrə Qlobal Forumu çərçivəsində ölkəmiz üçün ayrılmış guşədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgi açılıb.

Sərgidə Azərbaycan mədəniyyəti və tarixinə həsr olunan videoçarxlar, cari ildə 880 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri, o cümlədən Qarabağ haqqında dolğun məlumatlar ziyarətçilərə təqdim olunur. Həmçinin ziyarətçilərə ölkəmiz haqqında kitablar da paylanılır.

Dekabrın 10-dək davam edəcək sərgidə Azərbaycan guşəsinə böyük maraq göstərilir.

https://azertag.az/xeber/1946182

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti