news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 mart 2022

Misir mətbuatı Azərbaycan XİN-in Ermənistanın üçtərəfli razılaşmanın müddəalarını pozması ilə bağlı bəyanatını yayımlayıb

Misirin “Əl Almelarbi” və “Əl Diplomasi” portallarında Ermənistanın üçtərəfli Bəyanatın müddəalarını pozması ilə bağlı Azərbaycan XİN-in Ermənistan Təhlükəsizlik Şurasının bəyanatına dair şərhini yayımlayıb.

AZƏRTAC xəbər verir ki, portalların materiallarında bölgədə gərginliyin artmasının əsas səbəbi kimi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilir. Xəbərlərdə vurğulanıb ki, Azərbaycan XİN Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəalarının pozulmasının bölgədə gərginliyi artırdığı və sülh quruculuğu səylərinə xələl gətirdiyini bəyan edib.

Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan tərəfi hələ bir il bundan əvvəl Ermənistanla sülh sazişinin imzalanması təklifini ən yüksək səviyyədə irəli sürüb və bir ay əvvəl sazişin əsaslanmalı olduğu konkret prinsipləri səsləndirib. Əgər Ermənistan tərəfi sülh sazişi məsələsini növbəti ictimai məlumatlandırma aksiyası kimi deyil, ciddi addım kimi nəzərdən keçirirsə, o zaman konkret addımlara keçməyin zamanıdır. Bir daha qeyd etmək istərdik ki, Azərbaycan öz tərəfindən buna hazırdır.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti