Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti QAYDALAR
- Giriş
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının beynəlxalq hava limanları əməkdaşlarının və sərnişinlərin sağlamlığının qorun-ması məqsədilə hazırda koronavirus COVID-19 (bundan sonra – COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Beynəl-xalq Mülki Aviasiya Təşkilatının (ICAO), Beynəlxalq Hava Limanları Şurasının (ACI), Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) və Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təcrübə və tövsiyə-lərinə, o cümlədən xarici beynəlxalq aeroportların və aviaşirkətlərin təcrübəsinə əsaslanaraq tərtib olunmuşdur.
1.2. Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və s. toxunduqda ötürülür. Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və (və ya) yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.
1.3. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, fiziki məsafənin (bundan sonra – məsafənin) saxlanılması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ümumi istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.
- Ümumi göstərişlər
2.1. Sərnişinlər və uçuşları icra edən bütün aviadaşıyıcılar əvvəlcədən aşağıdakılar haqqında məlumatlandırılmalıdırlar:
2.1.1. uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən 3
keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Belə müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir. Ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün bu müayinələr ödənişsiz əsaslarla aparılır;
2.1.2. arayışların yoxlanılması və üzərində müvafiq qeydlərin aparılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilir. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilir;
2.1.3. Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən, nəticələri neqativ olan sərnişinləri arayış əsasında uçuşa qəbul edir. Sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən Azərbaycan Respublikasının vətəndaşları iki həftəlik karantinə alınır, xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmır və aviada-şıyıcı hesabına həmin uçuşla geri qaytarılır;
2.1.4. Azərbaycan ərazisinə gəlmək məqsədilə və ölkədaxili reyslərdə təyyarəyə minərkən COVID-19 testinin neqativ nəticələri barədə arayış təqdim edən və ölkənin hava limanına daxil olduqdan sonra müvafiq müayinə və testləşdirmədən keçən Azərbaycan Respublikasının və xarici ölkə vətəndaşları iki həftəlik karantinə alınma öhdəliyindən azad oluna bilərlər.
2.2. Müntəzəm beynəlxalq uçuşların bərpası ölkələrin, hava limanlarının və aviadaşıyıcıların müəyyən etdiyi qaydalar və ümumi sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, ikitərəfli əsasda müqabil tərəflə əldə olunacaq razılaşma əsasında həyata keçirilir.
2.3. Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə məcburidir. Tibbi maskaların xüsusi tələb (məsələn, qeydiyyat və minik zamanı, uçuşqabağı təhlükəsizlik baxışı və sərhəd nəzarəti proseduru icra olunarkən səlahiyyətli şəxsin tələbi ilə) və zərurət olmadan (məsələn, qidalanma zamanı) çıxarılması yol verilmir.
2.4. Hava limanında tibbi yoxlamanın operativ təşkili üçün Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar pasport məlumatlarını və COVID-19 müayinəsinə dair testin neqativ nəticələri göstərilməklə, reysdəki sərnişinlər barədə məlumatı (siyahını) belə yoxlamanı aparan quruma vaxtında ötürülməsi məqsədilə hava limanında təyin edilmiş yerüstü xidmətlər göstərən operatora SİTATEX vasitəsilə GYDADXH ünvanına əvvəlcədən ötürməlidirlər.
2.5. Sərnişinlər uçuşdan ən azı 4 saat əvvəl aerovağzal 4
kompleksinə gəlməlidirlər.
2.6. Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir. Aviaşirkətlərin qaydalarına əsasən müəyyən edilən yalnız şəxsi istifadə əşyalarının (noutbuk, portfel, qadın çantası və s.) daşınması mümkündür.
2.7. Əhali sıxlığının qarşısının alınması məqsədilə qarşılayan və yola salan şəxslərin terminala girişi qadağandır.
2.8. Sərnişinlər Azərbaycan Respublikasının hava limanlarında tətbiq edilən xüsusi qayda, prosedur, məhdudiyyət və göstərişlər barədə uçuşu icra edən aviadaşıyıcı tərəfindən əvvəlcədən xəbərdar edilməlidir.
2.9. Bu Qaydaların tələblərini pozan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi barədə məlumat verilir.
- Hava limanında prosedurlar (uçub getmə proseduru)
3.1. Aerovağzal kompleksinə və sərnişin terminalına yalnız aşağıdakı şəxslərin daxil olmasına icazə verilir:
3.1.1. hava limanının və hava limanı ərazisində fəaliyyət göstərən qurumların əməkdaşlarına;
3.1.2. sərnişinlərə (sağlamlıq imkanları məhdud sərnişinlər və yetkinlik yaşına çatmayan sərnişinlər xüsusi əməkdaşlarla müşayiət olunurlar).
3.2. Aerovağzal kompleksinin girişində sərnişinlərin paspor-tunun, müəyyən reys üçün biletlərinin və uçuşdan 48 saat əvvəl COVID-19 müayinəsinə dair neqativ nəticəli arayışın mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən, polis və tibb əməkdaş-larından ibarət postlar fəaliyyət göstərir.
3.3. Sərnişinlər yalnız tibbi maskalarla aerovağzal kompleksinə buraxılırlar. Tibbi maskası olmayan sərnişinlərə girişdə maskalar təqdim edilərək, aerovağzal kompleksinin ərazisində olduqları bütün vaxt ərzində maskadan istifadə etmək öhdəliyi izah olunur. Aerovağzal kompleksinə girişdə müvafiq avadanlıq (termal kamera sistemləri) vasitəsilə şəxslərin hərarəti ölçülür. Bu məqsədlə termal kameranın yanında təlim keçmiş, tibbi maskası, əlcəyi və eynəyi olan ən azı 2 tibb işçisi fəaliyyət göstərir.
3.4. Hərarəti 37.50C-dən yuxarı olan şəxslər aerovağzal kompleksinə buraxılmır, hava limanının girişindəki tibb məntəqəsinə yönləndirilir, COVID-19-a şübhəli simptomlar müəyyən edildikdə, 5
xüsusi avtomaşın vasitəsilə sonrakı müayinə üçün müvafiq tibb müəssisəsinə göndərilirlər. Bu barədə sərnişinin uçuşu nəzərdə tutulan reysi yerinə yetirən aviaşirkətin nümayəndəsinə məlumat verilir.
3.5. Sərnişinlər aviasiya təhlükəsizliyi üzrə ümumi baxışdan keçərkən aviasiya təhlükəsizliyi əməkdaşları xüsusi döşəmə işarələrinə əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına nəzarəti həyata keçirirlər.
3.6. Aviasiya təhlükəsizliyi üzrə ümumi baxışdan keçdikdən sonra sərnişinlərin əlləri dezinfeksiya olunur.
- Sərnişinlərin qeydiyyatı prosesi
4.1. Növbələrə nəzarət üçün təyin edilmiş əməkdaşlar sərnişinləri qarşılayaraq reysin istiqamətini göstərirlər və terminalda qeydiyyat üçün növbənin daha az olduğu müvafiq zonaya keçmələrini təklif edirlər. Bu əməkdaşlar xüsusi döşəmə işarələrinə əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına nəzarəti həyata keçirirlər.
4.2. Qeydiyyat prosesi başa çatdıqdan sonra sərnişinlər bilavasitə qeydiyyat masası yanında təkrarən əllərini dezinfeksiya edirlər.
4.3. Sərnişindən aviadaşıma üçün baqaj qəbul edildikdən sonra həmin baqaj xüsusi ayrılmış yerdə dezinfeksiya edilir və baqajın üzərinə dezinfeksiyanın həyata keçirildiyi barədə xüsusi nişan vurulur.
4.4. COVID-19 əlamətlərinin olub-olmaması barədə sərni-şinlərin sorğu edilməsi:
4.4.1. qeydiyyat zamanı əməkdaşlar COVID-19 əlamətlərinin, yəni yüksək hərarət, öskürək və təngnəfəslik, ürəkbulanma, qusma, ishal, əzələ ağrısı, boğaz, oynaq və ya baş ağrılarının olub-olmadığını müəyyən etmək üçün sərnişinləri sorğu edirlər;
4.4.2. səhhəti pisləşən və yoluxucu xəstəlik əlamətləri olan sərnişin aşkar edildiyi halda, belə sərnişin barədə dərhal növbətçi tibb heyətinə məlumat verilir.
4.5. Uçuşqabağı yoxlama, steril zonaya və sərhəd nəzarəti zonasına keçid:
4.5.1. növbələrə nəzarət üçün təyin edilmiş aviasiya təhlükə-sizliyi əməkdaşı sərnişinləri qarşılayaraq, xüsusi döşəmə işarələrinə əsasən növbənin tənzimlənməsinə və məsafəyə riayət olunmasına 6
nəzarət edir;
4.5.2. aviasiya təhlükəsizliyi üzrə uçuşqabağı yoxlamadan keçdikdən sonra sərnişinlər xüsusi ayrılmış yerdə təkrarən əllərini dezinfeksiya edir, sonra xüsusi döşəmə işarələrinə əsasən növbəni gözləyərək və məsafəyə riayət edərək sərhəd nəzarətindən keçirlər;
4.5.3. sərhəd nəzarəti başa çatdıqdan sonra əllər yenidən dezinfeksiya olunur.
4.6. Sərnişinlərin hava gəmisinə daxil olması prosesi:
4.6.1. məsafənin təmin edilməsi məqsədilə hava gəmisinə minik prosesi məhdud qruplarla, minik üzrə məsul əməkdaşın göstərişlərinə əsasən zonal qaydada həyata keçirilir;
4.6.2. hava gəmisinə minik salondakı sonuncu sıraların sərnişinlərindən başlayır. Minik sərnişinlər arasında məsafə saxlanılması, şəxsi əşyaların hava gəmisi salonunda yerləşdirilməsi və sərnişinlərin oturacaqlarda yerləşməsi üçün imkan yaradılması nəzərə alınmaqla aparılır;
4.6.3. təmasın minimuma endirilməsi məqsədilə miniyə daxil olan sərnişin pasportun şəkli olan vərəqini minik üzrə məsul əməkdaşa göstərir və minik talonunu xüsusi oxuyucudan keçirir;
4.6.4. minik prosedurundan keçən sərnişinin əlləri dezinfeksiya olunur.
- Uçuş zamanı prosedurlar
5.1. Ümumi prosedurlar:
5.1.1. uçuş heyəti bütün uçuş müddətində fərdi qoruyucu vasitələrdən mütləq qaydada istifadə edir (tibbi maskalar, rezin əlcəklər, üz sipərləri);
5.1.2. təhlükə səviyyəsi yüksək olan reyslər yerinə yetirilərkən xüsusi qoruyucu kombinezon geyilir və eynək taxılır;
5.1.3. kabinə ekipajı tərəfindən sərnişinlərin sağlamlıq vəziyyəti bütün uçuş zamanı müşahidə edilir;
5.1.4. sərnişinlərə bütün uçuş müddətində hava gəmisi salonunda gəzmə, sanitar qovşağına gediş istisna olmaqla, yol verilmir;
5.1.5. pilotlar xüsusi zərurət olmadığı təqdirdə təyyarənin salonuna keçməməlidir.
5.2. Hava gəmisində məlumatlandırma:
5.2.1. epidemioloji vəziyyətlə əlaqədar sərnişinlərin və ekipaj üzvlərinin sağlamlığı üçün təhlükənin minimuma endirilməsi 7
məqsədilə hava gəmisində davranış qaydaları haqqında sərnişinlərə məlumat verilir (audio, video və s. vasitəsilə).
5.3. Uçuş zamanı xəstəliyə şübhəli şəxs aşkarlandığı təqdirdə prosedurlar:
5.3.1. uçuş zamanı COVID-19 əlamətləri aydın müəyyən edilən sərnişin aşkar edildiyi təqdirdə dərhal hava gəmisi kapitanına məlumat verilməklə, həmin sərnişin respirator maska ilə təmin edilir və digər sərnişinlərlə təhlükəsizlik məsafəsinin (ən azı 2 oturacaq) saxlanılması məqsədilə onun yeri dəyişdirilir, mümkün olduqda isə ən arxa oturacağa yerləşdirilir. Xəstəyə ilkin tibbi yardım göstərilir və ilkin antiepidemik tədbirlər həyata keçirilir;
5.3.2. şərait imkan verdikdə, bir sanitar qovşaq xəstəliyə şübhəli şəxs üçün ayrılır;
5.3.3. həmin şəxsə qulluq üçün bir təyyarə bələdçisi ayrılır, bələdçi respiratorlu maskadan istifadə edir. Xəstəliyə şübhəli şəxsə qulluq edən bələdçinin digər sərnişinlərlə və onların əşyaları ilə təmasda olmasına yol verilmir;
5.3.4. xəstəliyə şübhəli şəxsin istifadə etdiyi qabların, əşyaların ayrıca polietilen paketdə qablaşdırılması təmin edilir;
5.3.5. xəstəliyə şübhəli sərnişin və onun səhhətinin vəziyyəti barədə məlumat pilot tərəfindən dispetçer vasitəsilə aidiyyəti üzrə hava limanındakı tibb məntəqəsinə və əməliyyat mərkəzinə bildirilir;
5.3.6. xəstəliyə şübhəli şəxs son növbədə hava gəmisindən təhlükəsizlik tədbirləri görülməklə çıxarılaraq tibb işçilərinə təhvil verilir.
- Uçub gəlmə proseduru
6.1. Sərnişinlərin hava gəmisindən çıxması zamanı məsafəyə riayət etmələri tələb olunur. Kabinə ekipajı hava gəmisindən çıxış zamanı sərnişinlərin toplaşmasının qarşısını almaq üçün çıxış qaydasını tənzimləyir.
6.2. Terminal binasına daxil olarkən sərnişinlərin əlləri dezinfeksiya olunur, həmçinin tibbi maskası olmayan sərnişinlərə maska təqdim edilir.
6.3. Sərnişinlər terminal binasına daxil olduqda, tibb işçiləri tərəfindən aşağıdakı yoxlama tədbirləri həyata keçirilir:
6.3.1. xüsusi avadanlıq vasitəsilə hərarətin ölçülməsi və lazım olduqda xüsusi testləşdirmənin aparılması;
6.3.2. arayışların yoxlanılaraq sərhəd nəzarəti zamanı təqdim
8
edilməsi məqsədilə üzərində qeydlərin aparılması.
6.4. Belə yoxlama nəticəsində tibbi baxımdan şübhəli məqamlar müəyyən olunarsa, Azərbaycan Respublikasının vətən-daşları dövlət hesabına, əcnəbi vətəndaşlar isə şəxsi və ya aidiyyəti aviadaşıyıcı hesabına karantinə və ya müalicəyə alınırlar.
6.5. Sərnişinlər sərhəd nəzarəti zonasında xüsusi döşəmə/məsafə işarələrinə əsasən məsafəyə riayət etməklə, növbəli qaydada sərhəd nəzarətindən keçirlər və prosedur başa çatdıqdan sonra əllərini dezinfeksiya edirlər.
6.6. Reyslə gəlmiş sərnişinlərin baqajı xüsusi ayrılmış yerdə dezinfeksiya olunaraq alınması üçün baqaj lentinə göndərilir. Sərnişinlər baqajın təhvil alınması zonasında məsafəyə riayət olunması məqsədilə xüsusi döşəmə üzərində işarələnməni nəzərə almaqla, baqajı götürərək terminal ərazisini tərk edirlər.
- Aerovağzal kompleksində prosedurlar
7.1. Məsafənin təmin edilməsi məqsədilə bütün aşağıda göstərilən növbəgözləmə mərhələlərində və sərnişinlərin potensial toplaşma yerlərində xüsusi döşəmə stikerləri / məsafə işarələri ilə nişanlanır:
7.1.1. aerovağzal kompleksinə girişdə;
7.1.2. aviasiya təhlükəsizliyi üzrə baxış məntəqələrində;
7.1.3. sərnişinlərin qeydiyyatı zonasında;
7.1.4. sərhəd nəzarəti zonasında;
7.1.5. baqajın təhvil alınması zonasında.
7.2. Məsafənin təmin edilməsi, tibbi maskalardan istifadə, əllərin dezinfeksiyası qaydaları, COVID-19 əlamətləri və profilaktik tədbirlər barədə sərnişinlərin məlumatlandırılması məqsədilə məlumat göstəriciləri, monitorlar və posterlərdən istifadə olunur.
7.3. Hava limanında xəstəliyə şübhəli şəxs aşkarlandığı təqdirdə:
7.3.1. gəldiyi reyslərdə:
- təhlükəsizlik tədbirləri görülməklə şəxs tibb məntəqəsinə aparılır;
- tibb məntəqəsi 103 Təcili Təxirəsalınmaz Tibbi Yardım (bundan sonra – 103 TTTY) xidmətinə məlumat verir;
- tibb məntəqəsi xəstəlik halını qiymətləndirdikdən sonra “COVID-19 şübhəli hal barədə məlumat forması” ilə birlikdə xəstəni 103 TTTY əməkdaşlarına təhvil verir;
- şəxsin gəldiyi hava yolu şirkəti ilə əlaqə yaradılır, iki ön, iki 9
arxa və iki yan oturacaqlardakı şəxslərin məlumatları götürülür və TƏBİB-ə bildirilir;
- COVID-19 şübhəli xəstə, 103 TTTY xidməti vasitəsilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (bundan sonra – TƏBİB) tərəfindən müəyyən edilmiş xəstəxanaya daşınır.
7.3.2. Transfer:
- xəstəliyə şübhəli şəxs növbəti reysə minik icra edilənədək, tibbi personalın müşahidəsi altında xüsusi ayrılmış otağa yerləşdirilir;
- şəxsin gəldiyi hava yolu şirkəti ilə əlaqə yaradılır, iki ön, iki arxa və iki yan oturacaqlardakı şəxslərin məlumatları götürülür və TƏBİB-ə bildirilir;
- aviadaşıyıcı belə sərnişin haqqında müvafiq qaydada məlumatlandırılır;
- aviadaşıyıcı tərəfindən icazə verildikdə sərnişin uçuşa buraxılır;
- xüsusi müşahidə altında digər sərnişinlərlə məsafəni təmin etmək şərtilə təyyarəyə keçirilir;
- belə icazə verilmədikdə sərnişin şəxsi və ya gəlmə uçuşunu icra etmiş aviadaşıyıcı hesabına karantinə və ya müalicəyə alınır.
- Hava gəmilərində təmizlik və təminat prosedurları,
salonların təmizlənməsi və dezinfeksiyası
8.1. Hava gəmisi salonlarının təmizlənməsi və dezinfeksiyası hava gəmisi geri uçuş yerinə yetirərkən və uçuşdan sonra həyata keçirilir.
8.2. Tullantıların utilizasiyası ehtiyat tədbirlərə riayət olun-maqla, səlahiyyətli sanitar orqanların tövsiyələrinə müvafiq qaydada həyata keçirilir.
8.3. Hava gəmisi kabinəsində havatəmizləyici filtrlərə nəzarət və onların dəyişdirilməsi epidemioloji vəziyyət zamanı müəyyən edilmiş reqlamentə uyğun həyata keçirilir.
8.4. Təyyarədə oturacaqların cibində yerləşən, istifadəsi birdəfəlik olanlar istisna olmaqla, digər kartlar, bukletlər və s. təsdiqlənmiş dezinfektantlarla zərərsizləşdirilir.
8.5. Təyyarədə oturacaqların cibində bioloji materiallarla kontaktı olan vasitələrin atılması üçün ağzı kip bağlanan paketlər olur. 10
- Qida təminatı
9.1. Uçub gedən hava gəmiləri üçün:
9.1.1. xidmətə cəlb olunan bütün işçilər qida təminatı sexindən çıxış zamanı prosedura əsasən qoruyucu vasitələrdən (maska, eynək, əlcəklər) istifadə etməlidirlər;
9.1.2. avtolift təmiz olmalı və dezinfeksiya edilməlidir;
9.1.3. hava gəmisinə yaxınlaşarkən işçilər hava gəmisinə xidmət proseduruna uyğun hərəkət etməlidirlər;
9.1.4. ketrinq xidməti tərəfindən istifadə olunan hava gəmisi avadanlığı (arabalar, sobalar, bokslar və s.) təmiz olmalı və dezinfeksiya edilməlidir;
9.1.5. sərnişinlərə xidmət üçün birdəfəlik istifadə qabları təqdim olunmalıdır. Hava gəmisinə xidmət başa çatdıqdan sonra bazaya qayıdış və qoruyucu vasitələrin utilizasiyası həyata keçirilir.
9.2. Uçub gələn hava gəmiləri üçün:
9.2.1. xidmətə cəlb olunan bütün işçilər qida təminatı sexindən çıxış zamanı prosedura əsasən qoruyucu vasitələrdən (maska, eynək, əlcəklər) istifadə etməlidirlər;
9.2.2. avtolift təmiz olmalı və dezinfeksiya edilməlidir;
9.2.3. hava gəmisinə yaxınlaşarkən işçilər hava gəmisinə xidmət proseduruna uyğun hərəkət etməlidirlər;
9.2.4. hava gəmisindən qablar və ketrinq xidməti tərəfindən istifadə olunan hava gəmisi avadanlığı (arabalar, sobalar, bokslar və s.) çıxarılmalıdır;
9.2.5. hava gəmisinin boşaldılması başa çatdıqdan dərhal sonra avtoliftin daxili hissəsi dezinfeksiya edilməlidir;
9.2.6. bazaya qayıtdıqda, avadanlıq boşaldılmalı, avtolif yuyulmalı və dezinfeksiya edilməlidir;
9.2.7. birdəfəlik istifadə qabları, qida tullantıları və qoruyucu vasitələr utilizasiya olunmalıdır.
- Hava gəmilərində məişət xidmətləri proseduru
10.1. Uçub gedən hava gəmiləri üçün:
10.1.1. xidmətə cəlb olunan bütün işçilər sanitar-məişət xidməti binasından çıxış zamanı prosedura əsasən qoruyucu vasitələrdən (maska, eynək, əlcəklər) istifadə etməlidirlər;
10.1.2. avtonəqliyyat təmiz olmalı və dezinfeksiya edilməlidir;
10.1.3. hava gəmisinə yaxınlaşarkən işçilər hava gəmisinə xidmət proseduruna uyğun hərəkət etməlidirlər; 11
10.1.4. hava gəmisinə xidmət başa çatdıqdan sonra bazaya qayıdış və qoruyucu vasitələr prosedura uyğun utilizasiya olunmalıdır.
10.2. Uçub gələn hava gəmiləri üçün:
10.2.1. xidmətə cəlb olunan bütün işçilər sanitar-məişət xidməti binasından çıxış zamanı prosedura əsasən qoruyucu vasitələrdən (maska, eynək, əlcəklər) istifadə etməlidirlər;
10.2.2. avtonəqliyyat təmiz olmalı və dezinfeksiya edilməlidir;
10.2.3. hava gəmisinə yaxınlaşarkən işçilər hava gəmisinə xidmət proseduruna uyğun hərəkət etməlidirlər;
10.2.4. hava gəmisi təmizlənməli və dezinfeksiya edilməlidir;
10.2.5. ləvazimatlar və tullantılar çıxarılmalıdır;
10.2.6. hava gəmisinin boşaldılması başa çatdıqdan dərhal sonra avtonəqliyyatın daxili hissəsi dezinfeksiya edilməlidir;
10.2.7. bazaya qayıtdıqda, ləvazimatlar boşaldılmalı, avtonəqliyyat yuyulmalı və dezinfeksiya edilməlidir;
10.2.8. istifadə olunmuş ləvazimatlar və qoruyucu vasitələr utilizasiya edilməlidir.
- Təmizlik və dezinfeksiya işləri üzrə tələblər
11.1. Həyata keçirilən təmizlik-dezinfeksiya işləri səthlərin xüsusiyyətləri, təmizlik-dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır.
11.2. Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:
11.2.1. mexaniki təmizlik - quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;
11.2.2. təmizləmə - isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;
11.2.3. durulama - istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir;
11.2.4. dezinfeksiya - istifadəsinə icazə verilən dezinfeksiya-edici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;
11.2.5. dezinfeksiyadan sonra durulama - bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir.
11.3. Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar aşağıdakılardır:
11.3.1. istifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır; 12
11.3.2. lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir;
11.3.3. digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;
11.3.4. dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırıl-malıdır;
11.3.5. dezinfeksiya işlərini həyata keçirən işçi heyət xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) təmin edilməlidir;
11.3.6. dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;
11.3.7. dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səthlər üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.
11.4. Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:
11.4.1. giriş-çıxışlardakı ayaqaltılıqlar (xlor tərkibli məhlul və ya digər);
11.4.2. qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);
11.4.3. vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
11.4.4. oturacaqlar, rəflər, masalar, pərdələr və s. (spirt tərkibli məhlul və ya digər);
11.4.5. çoxmərtəbəli hava limanlarında eskalatorlar və onların tutacaqları, liftlər və onların idarəetmə paneli (spirt tərkibli məhlul və ya digər);
11.4.6. aviasiya təhlükəsizliyinə baxış və nəzarət üzrə texniki avadanlıq;
11.4.7. döşəmələr (xlor tərkibli məhlul və ya digər);
11.4.8. sanitar qovşaqları (xlor tərkibli məhlul və ya digər);
11.4.9. tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
11.4.10. tullantı qabları (spirt tərkibli məhlul və ya digər);
11.4.11. müxtəlif təyinatlı terminallar (spirt tərkibli məhlul və ya digər);
11.4.12. sərnişinlərin istifadəsi üçün nəzərdə tutulan hava limanı avadanlığı (əşyaların qoyulması üçün nəzərdə tutulmuş qablar, baqaj arabaları, hərəkət qabiliyyəti məhdud olan sərnişinlər 13
üçün oturacaqlar, “Self chek-in” qeydiyyat köşkləri, E-gate-lər (avtomatlaşdırılmış immiqrasiya nəzarəti), ticarət avtomatları və s.).
- Şəxsi gigiyenaya dair tələblər
12.1. İşçi heyət hava limanındakı antiepidemik rejimlə tanış edilir və xidmət sahəsinə uyğun fərdi qoruyucu vasitələrlə təmin olunur.
12.2. Sərnişinlərlə bilavasitə əlaqədə olan xidmət əməkdaşları (nəzarət-buraxılış məntəqəsində təhlükəsizlik xidmətinin əmək-daşları, qeydiyyat və minik agentləri, hərəkət qabiliyyəti məhdud olan sərnişinlərə xidmət üzrə agentlər) tibbi maskalardan əlavə üz sipəri və əlcəklərdən istifadə edirlər.
12.3. Fərdi qoruyucu vasitələrdən istifadə ediləcəyi təqdirdə, onlar mütəmadi olaraq dəyişdirilir.
12.4. İstifadə edilmiş fərdi qoruyucu vasitələr bunun üçün xüsusi nəzərdə tutulmuş ağzı kip bağlanan plastik qablara atılır.
12.5. Sərnişinlər və ya işçi heyət bütün mərhələlərdə yoxlama məntəqələrinə yaxınlaşmazdan əvvəl əllər üçün dezinfeksiyaedici vasitələrdən istifadə edə bilərlər.
12.6. Dezinfeksiyaedici vasitələr aşağıdakı yerlərdə təmin edilir:
12.6.1. aviasiya təhlükəsizliyi üzrə bütün baxış məntəqələrində;
12.6.2. qeydiyyat və “Self check-in” duracaqlarında;
12.6.3. sərhəd nəzarətində;
12.6.4. minik zonasında;
12.6.5. transfer zonasında;
12.6.6. ASAN VİZA aparatlarının yerləşdiyi zonada (fəaliyyət göstərdiyi təqdirdə);
12.6.7. baqajın təhvilalınma zonasında.
12.7. Hər kəs sanitar qovşağından istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan, siqaret çəkdikdən sonra və s. əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidir.
12.8. Əllərin gigiyenasına dair aşağıdakılar edilməlidir:
12.8.1. əllər axar su ilə isladılmalı və sabunlanmalı;
12.8.2. əllər sabunla ovuşdurulub, barmaqların və dırnaqların arası yaxşı sabunlanmalı;
12.8.3. sabunlu əllər ən azı 20 saniyə ovuşdurulmalı;
12.8.4. əllər axar suyun altında mükəmməl durulanmalı;
12.8.5. əllər təmiz salfetlərlə qurulanmalı; 14
12.8.6. sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilməli.
12.9. Tibbi maskalardan ümumi istifadə qaydaları:
12.9.1. maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərtilə taxılmalıdır;
12.9.2. istifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə əllə toxunmaq olmaz;
12.9.3. maska çıxarılarkən müvafiq qaydalara əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);
12.9.4. maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;
12.9.5. maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;
12.9.6. birdəfəlik maskalardan təkrar istifadə edilməsinə yol verilmir;
12.9.7. birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.
- İşçi heyətə dair tələblər
13.1. Təyyarə ekipajının ictimai nəqliyyat vasitəsilə hərəkət etməsi mümkün qədər məhdudlaşdırılmalıdır.
13.2. Təyyarə ekipajı mümkün qədər ictimai yerlərdə olmaqdan çəkinməlidir.
13.3. İşə gəlməzdən əvvəl özündə COVID-19 əlamətləri (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) hiss edərsə rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalı və tibbi xidmətin təmin olunması məqsədilə 103 TTTY-ə müraciət etməlidir.
13.4. İş zamanı özündə COVID-19 əlamətləri (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) hiss edən işçi dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY-ə müraciət edilməlidir.
13.5. Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir.
13.6. Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdırlar.
_________________
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun
tarixli 199 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti
QAYDALAR