news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2022

KOBİA və Misirin müvafiq təşkilatı arasında anlaşma memorandumu imzalanıb

Bakı, 25 fevral, AZƏRTAC

Fevralın 25-də Bakıda keçirilən Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Misirin Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənədi Misir Ərəb Respublikasının Beynəlxalq əməkdaşlıq naziri xanım Rania Al-Mashat və agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Memorandum hər iki ölkənin KOB-ları arasında, xüsusilə startap və qadın sahibkarlığı sahəsində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili kimi istiqamətləri əhatə edir. Komissiyanın iclasındakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin KOB-larının iştirakı ilə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb, agentliyin sahibkarlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti