news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 oktyabr 2021

Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndə heyəti Misirin Qahirə və Ayn-Şəms Universitetlərində tədbirlər keçirib

Qahirə və Ayn-Şəms Universitetlərinin Şərq dilləri fakültəsində keçirilən görüşdə Ədəbiyyat fakültəsinin dekanı Şərif Kamil, Şərq dilləri kafedrasının müdiri Nəcla Rəfət, kafedranın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə ərəb və Azərbaycan dilləri arasındakı qarşılıqlı əlaqə barəsində diskussiyalar aparılıb, müəllimlərin və Azərbaycan dilini öyrənən tələbələrin dilimizdə gedən proseslərlə bağlı sualları cavablandırılıb. Qahirə Universitetinin müəllim heyəti ilə Azərbaycan dilini öyrənən əcnəbi tələbələr üçün gələcəkdə Monitorinq Mərkəzi tərəfindən təşkil ediləcək yay məktəbi və bu istiqamətdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

https://www.almasryalyoum.com/news/details/2443637

https://www.facebook.com/216476061825612/posts/2140135999459599/?sfnsn=scwspmo

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti