Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi ilə əlaqədar AR-ın Misirdəki səfirliyində tədbir keçirilmişdir.
Tədbirdə Misirin Parlamentinin I vitse spikeri, Seyyidlər İttifaqının sədri, görkəmli ictimai-siyasi xadim Seyyid Mahmud Şərif, Parlamentin Dini məsələlər və Vəqflər üzrə komitəsinin sədri, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dr Usama Əl-Əbd, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Dini məsələlər üzrə müşaviri Dr Usama Əl-Əzhəri, Azərbaycanın Sudandakı Fəxri konsulu Tariq Həmzə Zeynülabidin, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, bəzi Avrova, Asiya, Afrika ölkələrinin səfirləri, Misirin ictimai-siyasi xadimləri, KİV nümayəndələri, diaspora və iş adamları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan AR-ın Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev ölkəsinin bu il Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyini qeyd etdiyini, Müsəlman Şərqində ilk demokratik respublika olduğunu, bu onilliklər ərzində çox çətin sınaqlardan keçdiyini vurğulamışdır.
Səfir Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyinə həsr olunmuş medaldan söz açaraq, AR Xarici İşlər Nazirliyinin müvafiq qərarı ilə medallardan birini siyasi və ictimai fəaliyyətinə, Misir və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Misir Parlamentinin I vitse spikeri Seyyid Mahmud Şərifə, digər medalı isə Azərbaycan ilə Sudan arasında ikitərəfli münasibətlərin inkişafında böyük rol oynayan Azərbaycanın Sudandakı Fəxri konsulu Tariq Həmzə Zeynülabidinə təqdim etmişdir.
Çıxışı zamanı səfir ölkəmizin yenidən müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında dünya ölkələri arasında özünəlayiq yer tutduğunu qeyd etmiş, Ümummilli liderin siyasi kursunu inamla və layiqincə davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətlə inkişaf etdiyini, beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, cari oktyabrın 25-26 tarixlərində ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə toplantısının keçiriləcəyini və Azərbaycanın həmin Hərəkata üç il ərzində sədrlik edəcəyini vurğulamışdır.
Bu gün Azərbaycanın qarşısında duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu diqqətə çatdıran səfir T.Rzayev BMT TŞ-nın qəbul etdiyi məlum qətnamələrin, habelə ATƏT, İƏT, QH kimi beynəlxalq təşkilatların sözügedən münaqişə ilə əlaqədar qəbul etdikləri bəyanatların Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini bəyan etmişdir.
Daha sonra Misir Parlamentinin I vitse spikeri Seyyid Mahmud Şərif çıxış edərək, Azərbaycan dövlətinin ona göstərdiyi yüksək etimada görə dərin təşəkkürünü bildirmiş, Misir ilə Azərbaycanın dost ölkələr olduğunu, 2018-ci ildə iki dəfə Azərbaycanda səfərdə olduğunu, ölkə başçısı cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu, Prezidentlə görüşün onun üçün bir şərəf olduğunu vurğulamış və Azərbaycan Diplomatiyasının 100 illiyinə həsr olunan medalla təltif olunmasının qürurverici olduğunu diqqətə çatdırmışdır.
Həmçinin, Azərbaycan Respublikasının Sudan Respublikasındakı fəxri konsulu Tariq Həmzə Zeynulabidin çıxış edərək, Sudan ilə Azərbaycan arasında çox yaxın dostluq münasibətlərin olduğunu, son illər ərzində iki ölkə arasında mədəniyyət və turizm sahələrində sürətli inkişafın şahid olduğunu, Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə toplantısına Sudanın Prezidenti General Əbdülfəttah Burhanın başçılıq etdiyi böyük nümayəndə heyətinin iştirak edəcəyini, sözügedən işgüzar səfərin iki ölkə arasında mövcud əlaqələrin inkişafına daha da təkan verəcəyini qeyd etmişdir. Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyinə həsr olunan medalla təltif olunmasının onun üçün şərəf olduğunu, bu etimada görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirmişdir.
Qeyd edək ki, Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyinə həsr olunan bu tədbir Misirin nüfuzlu və geniş auiditoriyasına malik televiziya kanallarında, mətbu orqanlarında geniş şəkildə işıqlandırılmışdır.
Linklər əlavə olunur:
Misirin “Nil” kanalı, Xəbərlər portalı;
Misirin “Yaxın Şərq Xəbərlər Agentliyi”, “Asiya Əl-Youm” Agentliyi, “Əl-Əhram”, “Əl-Cumhuriyyə”, “Əl-Əxbar”, “Dustur” və sair qəzetləri;
- http://gate.ahram.org.eg/News/2304433.aspx
- http://ahramalyoum.com/2019/10/19/%d8%b3%d9%81%d8%a7%d8%b1%d8%a9-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%a8%d8%a7%d9%84%d9%82%d8%a7%d9%87%d8%b1%d8%a9-%d8%aa%d8%ad%d8%aa%d9%81%d9%84-%d8%a8%d9%85%d8%a6%d9%88%d9%8a%d8%a9?fbclid=IwAR29hpA4VlNOpU0JZsCr-mBy1kdmFWG5fYSki2gAhgWl_zsVK3jXDCct_ao
- https://m.akhbarelyom.com/news/NewDetails/2930188/1/سفير-أذربيجان-يحتفل-بمئوية-جهاز-بلاده-الدبلوماسي
- https://www.dostor.org/2876083?fbclid=IwAR1i-np_6N7new8tCNkV4Hdo5spLUzkdk5mBkM-7IypDTq1fAGitUzD_Nmo
- http://embassiesnewscom.com/?p=5005
- https://egyptnewnews.com/newspaper/%d8%a7%d9%84%d8%b9%d9%8a%d8%af-%d8%a7%d9%84%d9%85%d8%a6%d9%88%d9%8a-%d9%84%d9%84%d8%af%d8%a8%d9%84%d9%88%d9%85%d8%a7%d8%b3%d9%8a%d8%a9-%d8%a7%d9%84%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86/
- https://www.masrawy.com/news/news_publicaffairs/details/2019/10/18/1654281/-%D8%B3%D9%81%D9%8A%D8%B1-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%A8%D8%A7%D9%84%D9%82%D8%A7%D9%87%D8%B1%D8%A9-%D8%A8%D8%A7%D9%83%D9%88-%D8%AA%D8%B3%D8%AA%D8%B6%D9%8A%D9%81-%D9%82%D9%85%D8%A9-%D8%B9%D8%AF%D9%85-%D8%A7%D9%84%D8%A7%D9%86%D8%AD%D9%8A%D8%A7%D8%B2-%D8%A7%D9%84%D8%AC%D9%85%D8%B9%D8%A9-%D8%A7%D9%84%D9%85%D9%82%D8%A8%D9%84?fbclid=IwAR23cA15cM8Dre68d_c__ctUDLsHHAyZ4IfpjpofextTedVXqb8Z9QvH8Gg
- http://qalyubiyanews.com/%d8%b3%d9%81%d8%a7%d8%b1%d8%a9-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%a8%d8%a7%d9%84%d9%82%d8%a7%d9%87%d8%b1%d8%a9-%d8%aa%d8%ad%d8%aa%d9%81%d9%84-%d8%a8%d9%85%d8%a6%d9%88%d9%8a%d8%a9/
- https://rayetmisr.com/?p=4523
- http://elhayaahnews.com/archives/18777
- https://www.alayaam.com/6588
- http://www.alwasela.com/374099
- https://alqraralaraby.news/%D8%AE%D8%A8%D8%B1/%D8%B3%D9%81%D8%A7%D8%B1%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%AA%D8%AD%D8%AA%D9%81%D9%84-%D8%A8%D9%85%D8%A6%D9%88%D9%8A%D8%A9-%D8%AA%D8%A3%D8%B3%D9%8A%D8%B3-%D8%A7%D9%84%D8%AC%D9%87%D8%A7%D8%B2-%D8%A7%D9%84%D8%AF%D8%A8%D9%84%D9%88%D9%85%D8%A7%D8%B3%D9%8A/80851
- https://www.egysaudi.com/world/5859468/%D8%B3%D9%81%D8%A7%D8%B1%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%A8%D8%A7%D9%84%D9%82%D8%A7%D9%87%D8%B1%D8%A9-%D8%AA%D8%AD%D8%AA%D9%81%D9%84-%D8%A8%D9%85%D8%A6%D9%88%D9%8A%D8%A9-%D8%AA%D8%A3%D8%B3%D9%8A%D8%B3-%D8%A7%D9%84%D8%AC%D9%87%D8%A7%D8%B2-%D8%A7%D9%84%D8%AF%D8%A8%D9%84%D9%88%D9%85%D8%A7%D8%B3%D9%8A
- http://alarznews.com/2019/10/19/%d8%b3%d9%81%d8%a7%d8%b1%d8%a9-%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%a8%d8%a7%d9%84%d9%82%d8%a7%d9%87%d8%b1%d8%a9-%d8%aa%d8%ad%d8%aa%d9%81%d9%84-%d8%a8%d9%85%d8%a6%d9%88%d9%8a%d8%a9/