news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2020

AR-ın Misirdəki səfiri Tural Rzayevin Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik qəzetlərində geniş şəkildə işıqlandırılmışdır.

Belə ki, AR-ın Misirdəki səfiri Tural Rzayevin Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik “Əl-Cumhuriyyə”, “Əxbarul-Yaum”, “Akhrakhbar”, “Alwasela”, “Aldiplomasy”, “Rayetmisr” və sair qəzetlərdə, həmçinin Sudan Respublikasının “Masader-sd” qəzetində geniş şəkildə işıqlandırılmışdır.

Məqalədə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikasının öz müstəqilliyini yenidən bərpa etməsi ilə torpaqlarının 20%-nin Ermənistanın yürütdüyü işğalçı siyasət nəticəsində erməni silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox qaçqın və köçkünün öz tarixi torpalqarından çıxarılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində baş vermiş ən ağır hadisənin Xocalı soyqırımı olması barədə ətraflı məlumat verilmişdir.

Xocalı soyqırımının 26 fevral 1992-ci il tarixində SSRİ-nin  366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədildiyi, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1000 nəfərin yaralandığı, 1275 xocalının əsir və 150 xocalının itkin düşdüyü oxucuların diqqətinə çatdırılmış, soyqırımdan öncə baş vermiş hadisələr və həmin faciənin nəticələri barədə müfəssəl məlumatlar təqdim edilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilərkən münaqişə ilə bağlı BMT TŞ tərəfindən dörd qətnamənin və digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərarların qəbul edildiyi və Ermənistan tərəfindən icra edilmədiyi oxucuların diqqətinə çatdırılmışdır. Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırıma hüquqi və siyasi qiymətin verildiyi vurğulanmışdır.

Məqalədə səfir T.Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Beynəxlalq Qanunun normaları, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyini önə çəkərək, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilmiş, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə ümid olduğunu vurğulamışdır.

 

Linklər əlavə olunur:

  1. Əxbarul-Yaum;

https://m.akhbarelyom.com/news/NewDetails/3003997/1/سفير-أذربيجان--أرمينيا-لا-تبدي-نوايا-طيبة-لحل-النزاع-حول--قاراباغ-

  1. Akhrakhbar;

https://akhrakhbar.com/الحلقة-الأكثر-وحشية-فى-الصراع-الأرمين/

  1. Alwasela;

http://www.alwasela.com/539098

  1. Aldiplomasy;

https://www.aldiplomasy.com/?p=90720

  1. Hoc-enews;

https://hoc-enews.com/2020/02/24/الحلقة-الأكثر-وحشية-فى-الصراع-الأرمين/

  1. Qalyubiyanews;

http://qalyubiyanews.com/26-فبراير-1992-الحلقة-الأكثر-وحشية-فى-الصرا/

  1. Rayetmisr;

https://rayetmisr.com/?p=9218

  1. Almasrygate;

https://almasrygate.com/main/سفير-أذربيجان-يكتب-الحلقة-الأكثر-وحشي/

  1. Waseqnews;

 http://www.waseqnews.com/node/7983

  1. Masader-sd (Sudan mətbuatı);

 https://masader-sd.net/4240/

  1. Alwasela (Misirli jurnalist Əhməd Əbduh Tarabekin məqaləsi); http://www.alwasela.com/538019?fbclid=IwAR0s34e8A0tdb_HEcyyCG29E75za6oyQ0g0OMQKocvUe61diYwEafw-mMx0

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti