news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 fevral 2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri B. Muradovanın Misirə səfəri

Cari ilin 31 yanvar-3 fevral tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti “Dini və media müzakirələrindən istifadə, onun qadın hüquqlarının qorunması və təşviqinə təsiri” adlı konfransda iştirak etmək məqsədilə Qahirədə səfərdə olmuşlar. Konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında, əl-Əzhər əl-Şərif və Misirin Qadınlar üzrə Milli Şurası tərəfindən təşkil olunmuşdur. Konfransa Misirin Baş naziri Mustafa Mədbuli, əl-Əzhərin şeyxi, böyük imam Əhməd əl-Tayyib, İƏT-ə üzv dövlətlərin nazirləri, səfirlər, din xadimləri və digər nümayəndə heyətləri qatılmışıar. İki gün davam edən tədbirdə qadınların dini və ideoloji ekstremizmlə mübarizədə, eləcə də sülh və təhlükəsizlikdə rolu, qadınlarla bağlı ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin əhəmiyyəti, qadın və qızların iqtisadi hüquqları, ÜDM-ə töhfəsi və kiber zorakılıqdan qorunması mövzuları müzakirə olunmuşdur. Konfrans çərçivəsində Komitə sədri Bahar Muradova Görüşdə və səfir Elxan Poluxov birgə Misirin Qadın Məsələləri üzrə Milli Şurasının sədri Amal Əmmarla görüşü baş tutmuşdur. Həmin gün kofrans çərçivəsində Bahar Muradova, Pakistan İslam Respublikasının Federal Təhsil və Peşəkar Təlim üzrə naziri Vaciha Qamar ilə ikitərəfli görüş keçirmişdir. Görüşdə Azərbaycan ilə Pakistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən təhsil, sosial siyasət və gender bərabərliyi istiqamətlərində uğurla inkişaf etdiyi vurğulanmışdır. Eyni gündə Komitə sədri Bahar Muradova səfir Elxan Poluxovla birgə İƏT-in Qadın İnkişafı Təşkilatının icraçı direktoru Afnan əl-Şueybi ilə görüş keçirmişdir. Görüşdə Azərbaycan ilə Qadın İnkişafı Təşkilatı arasında əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti