news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 yanvar 2017

2017-ci ilin 19 yanvar tarixində AR-ın Misirdəki səfirliyində20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

2017-ci ilin 19 yanvar tarixində AR-ın Misirdəki səfirliyində20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan diasporu və Qahirə, Ayn Şəms və Əl-Əzhər universitetlərində təhsil alan tələbələrimiz iştirak etmişlər.

20 yanvar şəhidləri bir dəqiqəlik sükutla tədbir iştirakçıları tərəfindən anılmışdır.

Təbdir zamanı qanlı 20 yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilərək, Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və 20 yanvar faciəsinə aparan yol haqqında bəhs edilmiş və SSRİ prezidenti M.Qarbaçovun əmri ilə Sovet qoşunları tərəfindən 1990-cı ilin 20 yanvar tarixində Bakıda törədilmiş qanlı hadisələr barəsində tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. 20 yanvar hadisələrində Sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılğın “kütləvi cəzalandırma” kimi qiymətləndirildiyi xüsusilə qeyd edilmişdir.

Daha sonra səfir T.Rzayev1990-cı il 20 yanvar hadisələri barədə məlumat verərək, 20 yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd etmiş, Sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulamış və 20 yanvar əməliyyatı nəticəsində 147 insanın qətlə yetirildiyi və 700-dən artıq insanın isə yaralandığı barədə məlumat vermişdir.

Həmçinin, səfirlikdə tədbir iştirakçıları üçün 20 yanvarla bağlı kitab və foto sərgilər təşkil edilmişdir.

20 yanvarla bağlı məqalələr, xəbərlər, analitik yazılar Misirin kütləvi informasiya vasitələrində dərc edilmişdir.

Linklər əlavə olunur:

  1. Yaxın Şərq Xəbərlər Agentliyi;

http://mena.org.eg/ar/news/dbcall/table/textnews/id/6362441

  1. Asiyaelyoum Xəbərlər Agentliyi;

http://www.asiaelyoum.com/41572/2017/01/19/%D8%BA%D8%AF%D9%8B%D8%A7-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%AA%D8%AD%D9%8A%D9%8A-%D8%A7%D9%84%D8%B0%D9%83%D8%B1%D9%89-%D8%A7%D9%84%D9%8026-%D9%84%D9%85%D8%A3%D8%B3%D8%A7%D8%A9/

  1. http://alhilalalyoum.com/news/2379/19-1-2017/%D8%B3%D9%81%D8%A7%D8%B1%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%A8%D8%A7%D9%84%D9%82%D8%A7%D9%87%D8%B1%D8%A9-%D8%AA%D8%AD%D9%8A%D9%8A-%D8%B0%D9%83%D8%B1%D9%89-%C2%AB%D9%8A%D9%86%D8%A7%D9%8A%D8%B1-%D8%A7%D9%84%D8%A3%D8%B3%D9%88%D8%AF%C2%BB
  2. http://www.albawabhnews.com/2330773
  3. http://www.dostor.org/1288999
  4. http://www.masress.com/moheet/2527971
  5. http://www.moheet.com/0/0/0/2527971/-.html#.WIB-fFN96Uk
  6. http://www.sahafaty.net/news8123420.htm

http://www.pensandbooks.com/article.php?id=2524

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti