2020-07-17
Misirin portalı Azərbaycan Prezidentinin Ermənistanın təxribatı haqqında çıxışına geniş yer ayırıb

Misirin “Cairo24” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair müşavirədə Ermənistanın hərbi təxribatı haqqında çıxışını geniş işıqlandırıb.

Portalın AZƏRTAC-a istinadla yaydığı xəbərdə dövlətimizin başçısının Ermənistanda demokratiya prinsiplərinin pozulması, Venesiya Komissiyasının tövsiyələrinə məhəl qoyulmaması, siyasi opponentlərin təqib edilməsi və diktaturanın hökm sürməsi barədə fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin əhalinin diqqətini məhz daxili problemlərdən yayındırmaq məqsədilə qəsdən bu təxribata əl atdığını deyib.

https://azertag.az/xeber/Misirin_portali_Azerbaycan_Prezidentinin_Ermenistanin_texribati_haqqinda_chixisini_yayib-1539187#.XxFRbfuCfeE.whatsapp

növbəti xəbər əvvəlki xəbər