2020-05-26
Misirli professor: Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin varisi olan Azərbaycan Respublikası böyük uğurlara imza atıb

Azərbaycan xalqı hər il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi gününü milli bayram kimi qeyd edir. Cəmi 23 ay yaşayan, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin varisi olan Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra böyük uğurlara imza atıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Misirin Həlvan Universitetinin professoru Adil Dərviş söyləyib. O qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan demokratiyanın, plüralizmin bərqərar olması, bazar iqtisadiyyatının inkişafı, insan hüquqlarının, habelə din və vicdan azadlıqlarının təmin edilməsi sahəsində böyük nailiyyətlər əldə edib.

 

https://azertag.az/xeber/Misirli_professor_Muselman_Serqinde_ilk_demokratik_cumhuriyyetin_varisi_olan_Azerbaycan_Respublikasi_boyuk_ugurlara_imza_atib-1497353#.Xs0rOZ0VT4k.whatsapp

növbəti xəbər əvvəlki xəbər