2021-05-10

Misirdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

2021-ci ilin 10 may tarixində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar, Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkında, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım tədbiri keçirilmişdir.

Misir-Azərbaycan Dostluq parkında Ulu Öndərin heykəli önündə keçirilən xatirə tədbirində Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin əməkdaşları, Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi - “Vətənpərvər”-in üzvləri, azərbaycanlı iş adamları və tələbələr, Misirin KİV-lərinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılmış, heykəlin önünə güllər qoyulmuşdur.

Tədbirdə çıxış edən AR-ın Misirdəki səfiri Tural Rzayev Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz roluna toxunmuş, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyini, dünya dövlətləri sırasında layiqli yerini tutduğunu vurğulamış, Ulu öndərin bir çox sahələrdə olduğu kimi, müasir Azərbaycan diplomatiyasının da qurucusu olduğunu diqqətə çatdırmışdır.

Həmçinin, qeyd etmək istərdik ki, AR-ın Misirdəki səfiri T.Rzayevin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının  98-ci ildönümü ilə əlaqədar məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik qəzetlərində (“Yaxın Şərq Xəbərlər Agentliyi”, “Asiyaelyoum Informasiya Agentliyi”, “Əl-Cumhuriyyə”, “Al-Masry Əl-Youm”, “Aldiplomasy”, “Əl-Vasilə”, “Rayət Masr”, “Tahyra Masr və sair) işıqlandırılmışdır.

Məqaləsində səfir Tural Rzayev, Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadiyyatının dirçəldiyini, ordunun gücləndiyini, qısa zaman ərzində donor ölkəyə çevrildiyini, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi tərəfindən tanındığını vurğulamışdır.

Keçən il 44 günlük müharibədə Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun düşmən üzərində şanlı qələbə qazanması, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, Ulu öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi məhz cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasi kursun səmərəli nəticəsinin göstərici olduğu məqalədə xüsusi olaraq qeyd olunmuşdur.

Linklər əlavə olunur:

  1. https://www.gomhuriaonline.com/GomhuriaOnline-Articles/بقلم%20%20/حيدر%20علييف%20%20الزعيم%20التاريخي%20ومؤسس%20نهضة%20أذربيجان%20الحديثة/7763.html
  2. https://www.asiaelyoum.com/94183/2021/05/08/الذكرى-98-لميلاد-الزعيم-القومي-حيدر-عليي/
  3. https://www.almasryalyoum.com/news/details/2326625
  4. https://www.aldiplomasy.com/?p=105663
  5. https://rayetmisr.com/2021/05/08/الاحتفال-بيوم-ميلاد-الزعيم-القومي-حيد/
  6. https://www.alwataneamag.com/الاحتفال-بيوم-ميلاد-الزعيم-القومي-حيد/
  7. http://www.alwasela.com/782432
  8. https://ta7iamasr.com/الاحتفال-بيوم-ميلاد-الزعيم-القومي-حيد/
  9. https://elghad.news/1193/الاحتفال-بيوم-ميلاد-الزعيم-القومي-حيد/
  10. https://worldnewnews.com/الاحتفال-بيوم-ميلاد-الزعيم-القومي-حيد/
  11. https://www.nile1.com/السفير-تورال-رضاييف-يكتب-في-يوم-مولده/

Arxiv üzrə axtarış