2021-04-06

Azərbaycanlı diplomat Misirdə “ilin səfiri” seçilib

Misirin “Diplomacy” (Diplomatiya) jurnalının üç ildir təsis etdiyi və ölkə ictimaiyyətinin maraqla qarşıladığı “ilin mükafatları” təntənəli mərasimi keçirilmişdir.

Aprelin 5-də Qahirənin məşhur “Grand Nile Tower” mehmanxanasının konfrans zalında təşkil edilmiş mərasimdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayevə “ilin səfiri” mükafatı təqdim olunmuşdur.

Mərasimdə hər qitədən bir ölkənin diplomatik missiya rəhbərinə ilin səfiri, həmçinin Misirin nüfuzlu ictimai-siyasi xadimləri, elm və mədəniyyət nümayəndələri, tanınmış şirkət rəhbərləri və kütləvi informasiya vasitələri təmsilçilərinə ilin adamı nominasiyasında mükafatlar təqdim edilmişdir.

“Diplomacy” jurnalı mükafatları apardıqları media monitorinqi və ölkə ictimaiyyəti arasında sorğu nəticəsində təyin edir.

Arxiv üzrə axtarış