2021-02-15

Misir ilə Azərbaycan arasında kitabxana sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilmişdir

Misir ilə Azərbaycan arasında, xüsusilə kitabxana sahəsində əməkdaşlığın gücləndirilməsi münasibətilə AR-ın Misirdəki səfiri T.Rzayev Misirin Mərkəzi Kitabxanasının sədir səfir Rza Tayfi ilə görüşmüşdür. Görüş zamanı hər iki ölkənin mərkəzi kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanması, habelə ölkəmizə aid kitab sərgilərinin Misirin böyük şəhərlərinin aparıcı kitabxanalarında keçirilməsi müzakirə olunmuşdur. Bu münasibətlə, Misirin Mərkəzi Kitabxanasında həm Səfirliyimiz tərəfindən çap olunan, həm də Səfirliyimizdə mövcud olan, ölkəmizin tarixi siyasətini, ədəbiyyatını, mədəniyyətini əks etdirən otuzdan yuxarı kitabın sərgisi təşkil edilmişdir. Kitab sərgisi kitabxananın oxucularının marağına səbəb olmuşdur. Sərginin sonunda kitablar həmin kitabxayana hədiyyə edilmişdir. 

Görüş Misirin KİV-lərində geniş şəkildə işıqlandırılmışdır. 

 

Arxiv üzrə axtarış