2021-02-15

Misirin Mərkəzi Kitabxanasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil edilmişdir

Misirin Mərkəzi Kitabxanasında Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgisinin açılışı olmuşdur. Sərgidə Salam Salamzadə, Nəcəfqulu İsmayılov, Qeyyur Yunusov, Rufik Əbiyev, Nağdəli Xəlilov, Tural Rzayev, Əfsanə Əliyeva, Fərman Qulamov, Elxan Tahirov, Altay Hacıyev və başqalarının əsərləri sərgilənmişdir. 

Sərginin açılış mərasimində Misirin Mərkəzi Kitabxanasının sədri, səfir Rza Tayfi, AR-ın Misirdəki səfiri T.Rzayev, Misir Parlamentinin üzvü, Dostluq Qrupunun sədri Dr Usama Əl-Əbd, habelə Misirin siyasi-ictimai xadimləri, KİV-lərinin nümayəndələri, müxtəlif universitetlərin müəllim heyəti, tələbələri, Azərbaycan diasporası iştirak etmişlər. Sərgidə Azərbaycanın tarixini, mədəniyyətini və təbiətini tərənnüm edən rəsm əsərlərinin sərgisi misirli sənətsevərlərinin böyük marağına səbəb olmuşdur. 

Qeyd edək ki, sözügedən sərgi üç gün davam edəcəkdir. 

Tədbir Misirin KİV-lərində geniş şəkildə işıqlandırılmışdır. 

  

 

Arxiv üzrə axtarış