2021-02-15

Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 yubileyi münasibətilə Misirdə konfrans keçirilmişdir

Cari ilin 14 fevral tarixində AR-ın Misirdəki Səfirliyi tərəfindən bir sıra tədbirlər keçirilmişdir. 

Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami ili” elan olunması ilə bağlı verilən sərəncamdan irəli gələrək, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 yubileyi münasibətilə Misirin Mərkəzi Kitabxanasında konfrans təşkil edilmişdir. 

Konfransda Misirin ictimai-siyasi xadimləri, beyin mərkəzlərinin nümayəndələri, müxtəlif universitetlərin professor və doktor heyəti, tələbələri, Azərbaycan diasporası, Misirin KİV-lərinin nümayəndələri iştirak etmişlər. 

Tədbiri giriş sözü ilə Misirin Mərkəzi Kitabxanasının müdiri səfir Rza Tayfi açmışdır. Daha sonra, AR-ın Misirdəki səfiri Tural Rzayev, Misir Parlamentinin deputatı, Dini məsələlər və Vəqflər komitəsinin sədrinin müavini, Misir-Azərbaycan Parlamentlərarsı Dostluq Qrupunun sədri Prof.Dr Usama Əl-Əbd danışaraq, tədbirin əhəmiyyətinə toxunmuşlar, Misir ilə Azərbaycan arasında tarixi-mədəni əlaqələrin dərin kökləri olduğunu, Nizami Gəncəvinin nəinki Azərbaycanda, hətta bütün dünyada tanınmış şair olduğunu vurğulamışlar. 

Qahirə universitetinin Ədəbiyyat fakültəsinin Şərq Dilləri Kafedrasının müdiri Dr Cəlal Əl-Hifnavi, Misirdə Amerika universitetinin professoru Dr Raşa Ğanim, Azərbaycanın Misirdəki Diaspora sədri Dr Seymur Nəsirov məruzələrlə çıxış edərək, dahi şairimiz Nizami Gənvənin həyat və yaradıcılığına toxunmuş, şairin sülh və tolerantığın nümunəsi olduğunu vurğulamış, 1991-ci ildə UNESKO tərəfindən “Nizami iliin” elan olunmasını xatırladaraq, Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu, əsərlərini müxtəlif dillərdə yazdığını bildirmiş, onun “Xəmsə” əsərlərinə geniş şəkildə toxunmuşlar.  

Tədbirlə əlaqədar, Səfir T.Rzayev Misirin “Nil Mədəniyyət” televiziya kanalına müsahibə vermişdir. 


Tədbir Misirin KİV-lərində geniş şəkildə işıqlandırılmışdır. 

Arxiv üzrə axtarış