2021-01-19

20 yanvar faciəsinin 31-ci ildönümü Misir KIV-lərində

Cari ilin 18 yanvar tarixində AR-ın Misirdəki səfiri Tural Rzayevin 20 yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar məqaləsi Misirin kütləvi informasiya vasitələrində (“Yaxın Şərq Xəbərlər Agentliyi”, “Masry Əl-Yaum”, “Asiyaelyoum”, “Al-Diplomasy”, “Əl-Ğad”, “Əl-Ğarbnyus”, “Əl-Vasilə”, “Rayət Əl-Mar”, “Tahya Masr”, “Al-Dostor”) geniş şəkildə dərc edilmişdir (linlər əlavə olunur).

Məqaləsində səfir T.Rzayev 1990-cı il 20 yanvar hadisələri barədə məlumat verərək, 20 yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd etmiş, Sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulamış və 20 yanvar əməliyyatı nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın isə yaralandığı barədə məlumat vermişdir.

Azərbaycan xalqının Sovet rejiminin apardığı siyasətə və ədalətsiz davranışlarına etiraz etməsinin əsas səbəblərindən birinin Azərbaycan torpağında məskunlaşmış ermənilərin Dağlıq Qarabağda vətəndaşlarımıza qarşı etnik davranışları, çirkin əməlləri, təxribatçı hərəkətləri olması, bunun davamı olaraq, müstəqilliyin ilk illərində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması, bir milyondan çox qaçqın və köçkünün öz doğma torpaqlarından çıxarılması ilə nəticələnməsi, Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın davam etməsi, bu müddət ərzində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və qərarların Ermənistan tərəfindən yerinə yetirilməməsinə dair məlumatlar, və nəhayət 2020-ci ildə bu işğala 44 günlük müharibə ilə son qoyulması və Ermənistanın kapitulyasiya sənədinə imza atmasına məcbur edilməsi məqalədə öz əksini tapmışdır.

Linklər əlavə olunur:

  1. Yaxın Şərq Xəbərlər Agentliyi;
  2. https://www.almasryalyoum.com/news/details/2236182
  3. https://www.asiaelyoum.com/93563/2021/01/17/الذكري-السنوية-لمأساة-يناير-الأسود-غ/
  4. https://www.aldiplomasy.com/?p=100773
  5. https://www.elghad.com/?NewsPage=185397
  6. http://www.alwasela.com/760054
  7. https://garbnews.net/news/s/182555
  8. https://rayetmisr.com/2021/01/18/الذكري-السنوية-لمأساة-يناير-الأسود-غ/
  9. https://ta7iamasr.com/الذكري-السنوية-لمأساة-يناير-الأسود-غ/
  10. https://www.dostor.org/3331191
  11. https://www.awanmasr.com/370366-2/
  12. https://www.albawabhnews.com/4244713

Arxiv üzrə axtarış