2020-07-16

“Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü ilə vebseminar keçirilib

Quba şəhərində yerləşən  “Soyqırımı  Memorial  Kompleksi”nin təşəbbüsü və təşkilatçılığı, Misir Ərəb Respublikasının Əl-Əzhər, Eyn-Şəms, Qahirə və İskəndəriyyə Universitetlərinin tələbələrinin iştirakı ilə vebseminar keçirilib. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,  İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin də dəstək olduğu seminarda “Soyqırımı Memorial Kompleksi”nin ərəb dilli mütəxəssisi Seyid Cabbarovun  moderatorluğu ilə ilə keçirilib. Videoformatda  ADPU-nin Tarix və Coğrafiya  fakultəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevil Bəhramova, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Misir Ərəb  Respublikası, Qahirə şəhəinin “Əlnur Dillər Mərkəzinin” müəllimi, ərəblər üçün “Azərbaycan dilinin qrammatikası” kitabının müəllifi İsra Adil, və araşdırmaçı yazar, Azərbaycan tarixinə dair bir sıra məqalələrin  eləcə də “Qarabağ Qafqazda sülhə aparan yol” (2014) kitabının müəllifi Doktor Əhməd Abduh Tarabik və  ADPU-nin tələbəsi Hafiz Məmmədov “Azərbaycanın tarixi və mədəni abidələri ” movzusunda çıxışlar etmişlər.  Mövzu ilə fikir mübadiləsi aparılmış, actual fikirlər səsləndirilmişdir. Seminarda mövzu ilə maraqlanan mütəxəssis və tələbələr də iştirak etmişlər.

Arxiv üzrə axtarış