2019-11-08

Misir Parlamentinin I vitse spikeri Seyyid Mahmud Şərifin Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyinə həsr olunmuş medalla təltif edilməsi

Misir Parlamentinin I vitse spikeri Seyyid Mahmud Şərifin siyasi və ictimai fəaliyyətinə, Misir və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyinə həsr olunmuş medalla təltif edilməsi Misirin “Qahirə-1” dövlət televiziya kanalında və “Tahya Masr”  peyk xəbər kanalında geniş şəkildə işıqlandırılmışdır.

Yayımlanan xəbərin və video reportajın linkləri əlavə olunur:

  1. https://www.youtube.com/watch?v=ieqcW7ZTJgw&feature=youtu.be
  2. https://www.youtube.com/watch?v=DjT3tlCSrr4&feature=share&fbclid=IwAR3qjUGwtTPjrOoYzV_D74aBg6e9CbVjI0tPtr1cxKhdmAhuEihn3XYBUcU

Bu münasibətlə, Misir Parlamentinin spikeri Əli Əbdül-Al Parlamentin plenar iclasında I vitse spiker Seyyid Mahmud Şərifi Azərbaycan Diplomatik Xidmət Orqanlarının 100 illiyi ilə əlaqədar medalla təltif olunması münasibətilə təbrik etmişdir.

Plenar iclasda çıxış edən Parlamentin I vitse spikeri Seyyid Mahmud Şərif Azərbaycan dövlətinin ona göstərdiyi yüksək etimada görə dərin təşəkkürünü bildirmiş, Misir ilə Azərbaycanın dost ölkələr olduğunu, iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamış və Azərbaycan Diplomatiyasının 100 illiyinə həsr olunan medalla təltif olunmasının qürurverici olduğunu diqqətə çatdırmışdır.

Arxiv üzrə axtarış