2020-02-26
AR-ın Misirdəki Səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir.

Belə ki, cari ilin 25 fevral tarixində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar AR-ın Misirdəki səfirliyində anım mərasimi keçirilmişdir.

Anım mərasimini giriş sözü ilə açan AR-ın Misirdəki səfiri Tural Rzayev Azərbaycan xalqının bu il Xocalı soyqırımının 28-ci ildönümünü qeyd etdiyini vurğulamış, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat vermişdi.

Anım mərasimində AR-ın Misirdəki Səfirliyinin dəstəyi ilə Misirin nüfuzlu rejissor və ssenaristlərinin iştirakı ilə “SOİC” Kinomotoqrafiya şirkəti tərəfindən yeni çəkilmiş “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı sənədli filmin ilk təqdimatı Səfirlikdə keçirilmişdir.

Sözügedən filmdə sənədli video çarxlar və foto şəkillərdən istifadə olunmuş, film daxilində Misirin nüfuzlu ictimai-siyasi xadimlərindən müsahibələr alınmış və bədii sujetlər yerləşdirilmişdir.

“Xocalı soyqırımı və itirilmiş ədalət” adlı sənədli filmin bədii rəhbəri Dr Əhməd İsmayıl və rejisoru Nur Qureşi ərsəyə gətirdikləri film haqqında danışaraq, Azərbaycan xalqının yaddaşında həkk olan və əsrin böyük faciəsi sayılan bu filmin ərəb-müsəlman dünyasının diqqətinə çatdırılması istiqamətində səylər göstərəcəklərini vurğulamışlar.

Səfir T.Rzayev “Xocalı soyqırımı və itirilmiş ədalət” sənədli filminin iştirakçılarına və əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirmiş, filmin bədii rəhbəri və baş rejissoru Dr Əhməd İsmayıla və filmin rejissoru Nur Qureşiyə fəxri diplomlar təqdim etmişdir.

Qeyd edək ki, Xocalı faciəsinin anım mərasimində Misirin ictimai-siyasi xadimləri, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və üzvləri, Misirin müxtəlif universitetlərinin doktor və professor heyəti, Misirin KİV-nin nümayəndələri, Azərbaycan diasporası iştirak etmişlər. 

Silsilə tədbirlər çərçivəsində Xocalı soyqırımını əks etdirən və Səfirliyin dəstəyi ilə çap olunan kitablar və foto stendlər də nümayiş etdirilmişdir.

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar AR-ın Misirdəki səfirliyi tərəfindən keçirilən anım mərasimi, eləcə də “Xocalı soyqırımı və itirilmiş ədalət” sənədli filmin nümayişi Misirin bir sıra nüfuzlu qəzet və internet səhifələrində geniş şəkildə işıqlandırılmışdır. Ayrıca olaraq, sözügedən sənədli filmin qısa roliki youtube və facebook səfilərində geniş olaraq yayılmış və paylaşılmışdır.

“Xocalı soyqırımı və itirilmiş ədalət” sənədli filmin tam versiyası (32 dəq, 32 san.) youtuba yükləndikdən sonra haqqındakı ətraflı yazı ilə birlikdə diqqətinizə təqdim olunacaqdır.

 

Linklər əlavə olunur:

 

  1. Sənədli filmin qısa roliki:

https://www.youtube.com/watch?v=cnESwD77W6A&feature=youtu.be

  1. Əl-Əhram;

http://gate.ahram.org.eg/News/2374820.aspx

  1. Əxbarul-Yaum;

https://m.akhbarelyom.com/news/newdetails/3002459/1/-خوجالى-..-فيلم-استقصائي-للمخرج-أحمد-إسماعيل-يعرض-بجميع-سفارات-أذربيجان

  1. Shorouknews; https://www.shorouknews.com/news/view.aspx?cdate=23022020&id=264ca7db-daf4-43d3-b33d-ba219ebd19bb
  2. İslam Əməkdaşlıq Təşkilatının İnformasiya Agentliyi;

http://www.iinanews.org/page/public/news_details.aspx?id=283446

  1. Gomhuriaonline; https://m.gomhuriaonline.com/%C2%A0%20%D8%B3%D9%81%D8%A7%D8%B1%D8%A9%20%D8%A7%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86%20%D8%AA%D8%B9%D8%B1%D8%B6%20%D9%81%D9%8A%D9%84%D9%85%D8%A7%20%D8%B9%D9%86%20%D9%85%D8%B0%D8%A8%D8%AD%D8%A9%20%D8%AE%D9%88%D8%AC%D8%A7%D9%84%D9%89%C2%A0%20%D8%A7%D9%84%D9%8A%D9%88%D9%85%C2%A0/581278.html
  2. Elbalad;

https://www.elbalad.news/4184873

  1. Elkhabarelhadef;

https://elkhabarelhadef.com/?p=22534  

  1. Elnabaa;

      https://www.elnabaa.net/810215

  1. Alwatanvoice; https://www.alwatanvoice.com/arabic/news/2020/02/23/1316847.html https://alnaasher.com/2020/02/24/الثلاثاء-عرض-فيلم-مجزرة-خوجالي-داخل/
  2. Alnaasher;

 https://www.maspero.eg/wps/portal/home/egynews/news/art-and-culture/details/badd1c93-ce20-4716-b2b0-a9e82bdae388/

  1. Arabsvoice;

https://www.arabsvoice.com/عرض-فيلم-مجزرة-خوجالي-داخل-سفارة-أذرب/#.XlNqlzrVLcc

  1. Egyptnewsonline;

 https://egyptnewsonline.com/newspaper/فيلم-جديد-عن-الإبادة-الجماعية-لخوجال/

növbəti xəbər əvvəlki xəbər