18 yaşı tamam olnuş və ilk dəfə pasport alan vətəndaşlara
Pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və axırıncı səhifələrinin surətləri və həmçinin, Misirdə leqal yaşamaqla bağlı immiqrasiya xidməti və Səfirlik tərəfindən qeydlər aparılmış səhifələrin surətləri.
Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır. Yalnız ( * ) ulduz işarəsi qoyulmuş 1.1., 1.2., l.3., 1.4., 1.5., 1.6., 1.7., 1.8., 1.9. və 17-ci qrafalar doldurulmalıdır.17-ci qrafada ərizəçinin imzası notariusda təsdiq etdirilməlidir.
Şəkillərdən biri notariusda təsdiq olunmalıdır. Şəxsin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır.
Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır. "Pay to the order of: Embassy of Azerbaijan".
40 (qırx) manat Bakıda ödənildikdən sonra, Konsulluq İdarəsi sənədləri Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə göndərir.
  1. Doğum haqqında şəhadətnamə;
  2. Doğum haqqında şəhadətnamə surəti - 3 nüsxə;
  3. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun əsli;
  4. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun surəti - 3 nüsxə;
  5. Ərizə - Anket - 2 nüsxə 
  6. Uçot kartoçkası- 1;
  7. Azərbaycan Respublikası vətəndaşının ərizəsi Nümunə;
  8. Pasport üçün rəngli fotoşəkil - 4 ədəd;
  9. Qan qrupu haqqında tibbi arayış - 1 ədəd;
  10. 55 (əlli beş) ABŞ dolları məbləğində "money order";
  11. 40 (qırx) manat məbləğində rüsum Bakıda Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin kassasında ödənilir;

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və pasportun Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Pasportun rəsmiləşdirilməsi adətən 2-4 ay müddət tələb edir.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.