İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Misir Ərəb Respublikası haqqında ümumi məlumat

Coğrafi mövqeyi: Afrika qitəsinin şimal-şərq hissəsi, Yaxın Şərq bölgəsi;

Ərazisi: 1.001.450 km2;

Əhalisi: 99,413,317 milyon (iyul 2018);

Əhalinin artım sürəti: 2,45% (2017)

Uzunömürlülüyün orta yaş göstəricisi: 73 (2017)

Paytaxtı: Qahirə şəhəri, (UTC + 2); 18,772 milyon (2015)

İnzibati bölgü: 29 əyalət (muhafazat);

Rəsmi dil: ərəb dili; ingilis və fransız dilləri də geniş yayılıb;

Din - müsəlmanlar (sünni təriqəti) 90%; Koptlar 9%, digər xristianlar 1%;  

Dövlət quruluşu: Respublika (18 iyun 1953-cü il);

Dövlət Başçısı: Prezident – Əbdülfəttah Əs-Sisi (2014-cü ilin 26-28 may tarixlərində keçirilmiş seçkilərdə Misirin Prezidenti seçilmişdir).   

Milli bayram: 23 iyul 1952-ci il, inqilabın ildönümü;

Müstəqillik: 28 fevral 1922-ci il (Böyük Britaniyadan)

Azərbaycan Respublikasının

dövlət müstəqilliyini tanımışdır                     26 dekabr 1991-ci il

 

Diplomatik əlaqələrin

qurulma tarixi                                               27 mart 1992-ci il

 

BMT-nin üzvü                                               1945-ci ildən

 

İƏT-in üzvü                                                   1969-cu ildən

 


Ümumi məlumat

Misir Afrika qitəsinin şimal-şərqində yerləşir. Asiya qitəsində yerləşən Sinay yarımadası ilə Misir arasında Süveyş kanalı mövcuddur. Misir ərazisinin 96%-ni səhralıq təşkil edir. 

Misirin 80 milyondan artıq əhalisinin 98%-i Nil çayının vadisində və deltasında məskunlaşır. Əhalinin əksəriyyətini ərəblər təşkil edir (98%).

Etnik qruplar: Misirli 99.6%, Bərbər, Nubiyalı, Bədəvi və Beca, Yunan, erməni, başqa avropalılar (başlıca İtalyan və Fransız), Müsəlman (sünni əksəriyyət) 90%, ortodoksal xristian 9%, başqa xristian 1%;

Paytaxtı - Qahirə şəhəri

Dövlət Başçısı: Əbdülfəttah Əs-Sisi

İnzibati-ərazi bölgüsü: 29 əyalət (muhafazat) – 6 oktyabr, Helvan Daqahliyyə, Əl-Bahr əl-Ahmar, Əl-Buheyrə, Əl-Fəyyum, Əl-Qarbiyə, Əl-İskəndəriyyə, Əl-İsmailiyyə, Əl-Cizə, Əl-Munufiyə, Əl-Minya, Əl-Qahirə, Əl-Qalyubiyyə, Lüksor, Əl-Vadi Əl-Cədid, As-Suveyş, Əl-Şarqiyya, Asuan, Asyut, Bəni Suveyf, Port Səid, Dumyat, Cənub Sina, Kafr əl-Şeyx, Matruh, Qina, Şimal Sina, Suhac.

Rəsmi dil: Ərəb dili. Ölkənin, demək olar bütün əhalisi ərəb dilinin Misir ləhcəsində danışan ərəblərdir.

İkitərəfli münasibətlər

26 dekabr 1991-ci il tarixində Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanımış, 4 aprel 1992-ci il tarixində isə diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanmışdır.

1992-ci ilin yanvarında Misir Baş Nazirinin müavini Kamal əl-Qanzurinin rəhbərlik etdiyi Misir nümayəndə heyəti Bakıda səfərdə olmuşdur.

1992-ci ilin noyabr ayında AR Xarici İşlər Nazirinin başçılıq etdiyi nümayəndə heyəti Misirdə səfərdə olmuş, ikitərəfli əlaqələrin inkişafına dair bir sıra sənədlər imzalanmışdır.

1993-cü ilin aprel ayından MƏR-in Bakıda və 1994-cü ilin yanvar ayından AR-in Qahirədə Səfirlikləri fəaliyyət göstərir.

1993-cü ilin dekabr ayında MƏR-in Təhsil Naziri Kamal Bəhauddin Bakıda səfərdə olmuşdur.

1994-cü ilin aprel ayında AR Xarici İşlər Naziri Həsən Həsənov Misirdə rəsmi səfərdə olmuş, Prezident Hüsnü Mübarək, Xarici İşlər Naziri Əmr Musa, Neft naziri, Milli Məclisin Sədri ilə görüşlər keçirmiş, Ərəb Dövlətləri Liqasının sessiyasında çıxış etmişdir.

1994-cü ilin aprel ayında BMT-nin Cenevrədəki İnsan hüquqları Komissiyasının 52-ci sessiyasında Misir Azərbaycanın mövqeyini dəstəkləmişdir.

1994-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olmuş, səfər zamanı H.Əliyevin MƏR Prezidenti H.Mübarəklə görüşü Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb etmişdir.

1995-ci ilin fevralında Misirin Dini İşlər üzrə nazir müavini M.Məhcub, həmin ilin martında "Əl-Əhram" qəzetinin Baş redaktor müavini A.Avvada Bakıda səfərdə olmuşlar.

1995-ci ilin noyabrında Misir Dövlət Neft Şirkəti İdarə heyətinin Sədri F.Əbdüləzizin başçılığı ilə MƏR nümayəndə heyəti Bakıda səfərdə olmuş və Misirə Azərbaycanın neftçıxarma avadanlıqlarının göndərilməsi haqqında müqavilə imzalanmışdır.

1996-cı ilin mart ayında AR Ticarət-Sənaye Palatası, Xarici iqtisadi əlaqələr nazirliyi, Dövlət neft şirkətinin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Qahirədə Beynəlxalq sərgidə iştirak etmişdir.

1996-cı ilin may ayında AR Milli Təhlükəsizlik Naziri Namiq Abbasov misirli həmkarı Ömər Süleymanın dəvəti ilə MƏR-də səfərdə olmuşdur. Səfər zamanı AR və MƏR arasında təhlükəsizlik üzrə əməkdaşlıq Sazişi imzalanmışdır.

1997-ci ilin fevral ayında MƏR Xarici İşlər Nazirinin müavini Fəthi Şazlinin rəhbərlik etdiyi Misir nümayəndə heyəti Bakıda səfərdə olmuşdur. Nümayəndə heyəti Azərbaycan Prezidenti H.Əliyev tərəfindən qəbul edilmişdir.

1997-ci ilin sentyabrında Azərbaycan Respublikası Milli Məclisinin sədri Murtuz Ələsgərovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Beynəlxalq Parlamentlərarası İttifaqın konfransında iştirak etmək məqsədilə Qahirədə səfərdə olmuşdur. Səfər zamanı M.Ələsgərov MƏR Prezidenti H.Mübarək və Parlamentin sədri F.Sururla görüşmüşdür.

1998-ci ilin noyabr ayında Daxili İşlər Naziri R.Usubov misirli həmkarı Həbib Əl-Adlinin dəvəti ilə MƏR-də səfərdə olmuş və Misir Prezidenti  H.Mübarək tərəfindən qəbul edilmişdir.

1999-cu ilin 17-19 sentyabrında Misir Xarici İşlər Nazirliyinin MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun Baş katibi Əşrəf Zaza Azərbaycanda səfərdə olmuş, Baş Nazirin müavinləri Abid Şərifov və Əli Həsənov, Xarici İşlər Naziri Tofiq Zülfüqarov, Daxili İşlər Naziri R.Usubov və Xarici İşlər Nazirinin müavini X.Xələfov ilə görüşlər keçirmişdir.

2000-ci il 28 yanvar - 5 fevral tarixlərində Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi AR XİN nümayəndə heyəti Misirdə işgüzar səfərdə olmuşdur. Səfər zamanı X.Xələfov Misir Ərəb Respublikasının Xarici İşlər Naziri Əmr Musa, MƏR Prezidentinin siyasi məsələlər üzrə müşaviri Üsamə əl-Baz, Təhsil Naziri Mufid Şihəb, Mədəniyyət Nazirinin müavini və bir sıra məsul şəxslərlə görüşmüşdür. 

2000-ci   ilin   19  dekabr   tarixində   BMT   Baş Assambleyasının 55-ci  Sessiyasının iclasında “BMT ilə ATƏT arasında əməkdaşlıq” haqqında Qətnamə layihəsinə Azərbaycan Respublikasının təqdim etdiyi düzəlişə dair səsvermə zamanı, keçən illərdən fərqli olaraq, Misir Azərbaycanın mövqeyini dəstəkləməyərək bitərəf mövqe tutmuşdur.

2001-ci ilin 22-24 mart tarixlərində MƏR Xarici İşlər Nazirinin müavini Mehdi Fəthalla Bakıda səfərdə olmuşdur. Səfər zamanı M.Fəthalla Azərbaycan Respublikasının Prezidenti H.Əliyev, Baş Nazir A.Rasizadə, Milli Məclisin Sədri  M.Ələsgərov, Xarici İşlər Naziri V.Quliyev tərəfindən qəbul edilmişdir.

2001-ci ilin 21 dekabr tarixində BMT Baş Assambleyasının 56-cı  Sessiyasında da Misir nümayəndə heyəti Azərbaycan tərəfinin düzəlişi ilə əlaqədar  səsvermə zamanı bitərəf mövqe tutmuşdur.

2002-ci ilin 03 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti H.Əliyev 1994-cü il 07 aprel tarixində Qahirə şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”in icrasını təmin etmək üçün Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Sərəncam imzalamışdır.

2002-ci il 23-25 oktyabr tarixlərində Müştərək Komissiyanın I iclasının keçirilməsi ilə əlaqədar Komissiyanın Misir tərəfindən olan həmsədri Misirin Xarici İşlər üzrə Dövlət Naziri x-m Faizə Əbu ən-Nəcə Bakıda səfərdə olmuşdur. Səfər zamanı x-m Faizə Əbu ən-Nəcə Azərbaycan Respublikasının Prezidenti H.Əliyev, Baş Nazir A.Rasi-zadə, Milli Məclisin Sədri M. Ələsgərov, Xarici İşlər Nazirinin müavini X.Xələfovla görüşmüşdür. Komissiyanın işi nəticəsində bir sıra sənəd - Müştərək Komissiyanın protokolu, Azərbaycan Respublikası Hökuməti ilə Misir Ərəb Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında Saziş, Ticarət-Sənaye Palataları arasında razılaşma imzalanmışdır.

2003-cü ilin 10-11 mart tarixlərində Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Qahirədə keçirilmiş İKT üzv ölkələrinin İnformasiya Nazirlərinin növbəti 6-cı toplantısında iştirak etmişdir.

2004-cü ilin 10-12 fevral tarixlərində Azərbaycan Respublikasının Yanacaq və Energetika Naziri Məcid Kərimov Qahirədə keçirilmiş İnterqaz Beynəlxalq Konfransının işində iştirak etmişdir.

2004-cü ilin sentyabr tarixində BMT Baş Assambleyasının 59-cu Sessiyasında  “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət ” adlı bəndin BA-nın gündəliyinə daxil edilməsi ilə bağlı keçirilmiş səsvermədə Misir bitərəf mövqe tutmuşdur.   

2004-cü il 4 oktyabr tarixində Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı yeni, say etibarilə dördüncü səfiri Yusif Əhməd əş-Şərqavi Etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Faiq Nüsrət oğlu Bağırov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı yeni, say etibarilə ikinci səfiri təyin olunmuşdur.

2005-ci ilin 02 mart tarixində Bakıda, Azərbaycan Respublikası (AR Baş Nazirin müavini E.Əfəndiyev) ilə Misir Ərəb Respublikası (Misirin Azərbaycandakı Səfiri Y.Şərqavi) arasında informasiya - mədəniyyət mərkəzlərinin təsis edilməsi haqqında Saziş imzalanmışdır.

2005-ci ilin 25-30 mart tarixlərində Misir Ərəb Respublikasının dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Ədalət Vəliyev “Azərbaycan Mədəniyyət Günləri”nin keçirilməsinə dair Misir tərəfi ilə fikir mübadiləsinin aparılması məqsədilə MƏR-ə səfər etmişdir. Səfər zamanı AR Mədəniyyət Nazirliyi və MƏR Mədəniyyət Nazirliyi arasında “Dövlətlərarası Saziş layihəsi” paraflanmış və 2005-ci ilin noyabr ayında Misirdə “Azərbaycan Mədəniyyət Günləri” və 2006-cı ilin aprel ayında isə Azərbaycanda “Misir Mədəniyyət Günləri”nin keçirilməsi barədə tərəflər arasında “Niyyət Protokolu” imzalanmışdır.

2005-ci ilin 17-23 aprel tarixlərində Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti Misirə səfər etmişdir. 

2005-ci ilin 5-7 iyun tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi XİN-in nümayəndə heyəti XİN-lər arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu çərçivəsində siyasi dialoqun davam etdirilməsi məqsədilə Misir Ərəb Respublikasına işgüzar səfər etmişdir.

2005-ci ilin 30 iyun - 03 iyul tarixlərində Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin Müsəlman Avropa Ölkələri, Yeni Müstəqil Dövlətlər və MDB ölkələri ilə texniki əməkdaşlıq Fondunun Baş Katibi Əli Cəlal Bəsyuni Azərbaycana səfər etmişdir. Səfər zamanı  Ə.Bəsyuni Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev, Baş Nazirin müavini  Ə.Həsənov, Milli Məclisin sədr müavini xanım G.Baxşəliyeva, Xarici İşlər Naziri E.Məmmədyarov, Xarici İşlər Nazirinin müavini X.Xələfov, İqtisadi İnkişaf Naziri F.Əliyev, Ticarət Palatasının Vitse-Prezidenti  M.Əhmədovla görüşmüşdür.

2005-ci ilin 27-29 iyul tarixlərində Azərbaycan - Misir Hökumətlərarası elmi, texniki Müştərək Komissiyasının II-ci toplantısının hazırlığı məqsədilə AR-MƏR işçi qruplarının Qahirədə görüşü keçirilmişdir.    

2005-ci ilin 15-17 oktyabr tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Misir Parlamentinin Sədri Fəthi Surur, Baş Nazir Əhməd Nazıf (Azərbaycan Respublikası Prezidentinin MƏR Prezidentinə məktubu Baş Nazirə təqdim edilmişdir), Xarici İşlər Naziri Əhməd Əbul Ğeyt, Beynəlxalq Əməkdaşlıq Naziri xanım Faizə Əbu ən-Nəcə və Ərəb Dövlətləri Liqasının Baş Katibi Əmr Musa ilə görüşlər keçirilmişdir. Nazir E.Məmmədyarov Xarici İşlər üzrə Misir Şurasında və Ərəb Dövlətləri Liqasında çıxış etmişdir. 2005-ci ilin 16 oktyabr tarixində Azərbaycan Respublikası ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanmışdır.

2005-ci ilin 06-13 Noyabr tarixlərində Misirdə Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir. Azərbaycan Mədəniyyət Günlərində iştirak etmək məqsədilə Misirə səfər etmiş böyük Azərbaycan nümayəndə heyətinə AR-in Mədəniyyət Naziri P.Bülbüloğlu başçılıq etmişdir. 

2005-ci ilin 20-26 dekabr tarixlərində AR Təhsil Nazirinin müavini E.Qasımovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Misir Ərəb Respublikasında səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Neft Akademiyasının prorektoru, fakültə dekanı və Sənaye müəssisələri işçilərinin ixtisasartırma və yenidən hazırlanması institutunun direktoru daxil olmuşlar.    

2005-ci ilin 25-26 dekabr tarixlərində Qahirədə Azərbaycan – Misir Hökumətlərarası elmi, texniki Müştərək Komissiyasının II-ci toplantısı keçirilmişdir. İclasa Azərbaycan tərəfindən AR-ın sabiq İqtisadi İnkişaf Naziri H.Babayev və Misir tərəfindən Beynəlxalq Əməkdaşlıq Naziri xanım F.Əbu ən-Nəcə sədrlik etmişlər.

2006-cı ili 30 iyun tarixində Bakıda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu çərçivəsində siyasi dialoqun 5-ci raundu keçirilmişdir. AR tərəfindən Xarici İşlər Nazirinin müavini X.Xələfov, Misir tərəfindən isə Xarici İşlər Nazirinin müavini xanım Fatimə əz-Zəhra XİN-lərarası siyasi məsləhətləşmələrdə təmsil olunmuşlar.

2006-cı il iyun ayında Misirin Milli Demokratik Partiyasının dəvəti ilə Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Misirdə səfərdə olmuşdur.

2006-cı ilin 10-12 sentyabr tarixlərində Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin MDB, Müsəlman Avropa ölkələri və yeni müstəqil dövlətlər ilə texniki əməkdaşlıq Fondunun Baş Katibi cənab Vahid ad-Din Cəlal Azərbaycana səfər etmiş və səfər zamanı AR Baş Nazirinin müavini Ə.Həsənov, Xİ Naziri E.Məmmədyarov, Mədəniyyət və Turizm Naziri Ə.Qarayev, Səhiyyə Naziri O.Şirəliyev, Milli Təhlükəsizlik Nazirinin müavini Ə.Nağıyev və İqtisadi İnkişaf Nazirinin müavini M.Cabbarov ilə görüşlər keçirmişdir.

2006-cı ilin 13 sentyabr tarixində BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə “GUAM regionunda uzanmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı bəndin daxil edilməsinə dair keçirilmiş səsvermədə Misir bitərəf mövqe tutmuşdur.

2006-cı ilin 20-28 noyabr tarixlərində Azərbaycanda Misir Mədəniyyət Günləri keçirilmiş, rəsmi nümayəndələr qismində MƏR Mədəniyyət Nazirinin 1-ci müavini Ənvər Məhəmməd İbrahim Əli və Mədəniyyət Nazirliyinin Xoreoqrafiya İnstitutunun dekanı Esmət Əli Yəhya iştirak etmişlər.

2006-cı ilin 28 dekabr tarixindən etibarən Misir Parlamentində Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun fəaliyyətə başlamış və qrupa Misirdə tanınmış alim professor Dr. Əhməd Omar Həşim rəhbərlik edir.  Dr. Omar Həşim eyni zamanda Xalq Məclisinin (Parlamentin) Din və Vəqflər Komitəsinə rəhbərlik edir və onunla birlikdə dostluq qrupunda 3 deputat təmsil olunmuşdur.2007-ci ilin 02 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  “Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin AR-in Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri Faiq Nüsrət oğlu Bağırova verilməsi barədə 1938 saylı sərəncam imzalamışdır.

2007-ci il 21 fevral tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletinin ilk tamaşasında iştirak etmək üçün Misir Ərəb Respublikasına işgüzar səfər etmişdir. Səfər zamanı MƏR Xİ Naziri Əhməd Əbul Ğeyt, MƏR  Beynəlxalq Əməkdaşlıq Naziri, Azərbaycan - Misir müştərək komissiyasının həmsədri xanım Faizə Əbu  ən-Nəca və MƏR Mədəniyyət Naziri Faruq Hüsni ilə görüşərək danışıqlar aparmışdır.

2007-ci il 21 mart tarixində Azərbaycan Respublikasının Prezidenti c-b İ.Əliyevin 02 fevral 2007-ci il tarixli, 1938 saylı Sərəncamına müvafiq olaraq, AR-in Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri Faiq Nüsrət oğlu Bağırov MƏR Xarici İşlər Nazirliyində “ Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu”nu imzalamışdır. Misir tərəfindən isə “Memorandum”u MƏR XİN-in Avropa məsələləri üzrə müavini x-m Fatimə əz-Zəhra imzalamışdır.

2007-ci il 26-28 aprel tarixlərində Bakıda “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda keçirilmiş beynəlxalq Konfransda Misir Ərəb Respublikası tərəfindən Misirin “III kanalı”nın direktoru Adel Əbdülhakim Mərzuqi Əbdürrəhman, “əl-Vatan əl-Arabi” jurnalının baş direktoru Xalid Abu Zahr, “Yaxın Şərq” Xəbərlər Agentliyinin jurnalisti Şirin Adel Munim və “əl-Əhram” qəzetinin Baş direktorunun Xarici Əlaqələr üzrə müavini Məhəmməd İbrahim ad-Dusuqi iştirak etmişdir.

2007-ci ilin 06-08 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin MƏR-ə rəsmi səfəri həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti cənab H.Mübarəklə görüşmüşdür. AR Prezidenti səfər çərçivəsində eyni zamanda,  “Əzhəri Şərif”-in Şeyxi Məhəmməd Tantavi, MƏR Parlament Sədri Əhməd Fəthi Sürur, Baş Nazir Əhməd Nazif, Beynəlxalq Əməkdaşlıq Naziri Faizə Əbu ən-Nəcə, Neft Naziri Samih Fəhmi, Ərəb Dövlətləri Liqasının (ƏDL) Baş Katib Əmr Musa ilə görüş keçirmiş, ölkələrimİz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, Misirli iş adamlarının Azərbaycana sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Misirin Baş Naziri cənab Əhməd Nazifin iştirakı ilə iki ölkə arasında müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanmışdır.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baş Katib Əmr Musa ilə təkbətək görüşündə Azərbaycan ilə ƏDL arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunmuş, AR Prezidenti həmçinin Ərəb Dövlətləri Liqasına üzv ölkələrin səfirləri ilə görüşmüşdür. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söyləmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev may ayının 7-də Misirin Yaxın Şərq Xəbərlər Agentliyinin (MENA) idarə heyətinin Sədri və Baş redaktoru Abdulla Həsənə Mİsirə rəsmi səfəri zamanı keçirdiyi görüşlərin nəticələrinə dair müsahibə vermişdir.

2007-ci ilin 04-08 iyul tarixlərində Misirin Qəlyubiyyə vilayətinin valisi Ədli Hüseynin dəvəti ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılığı ilə AR nümayəndə heyəti Misirə rəsmi səfər etmişdir. 

2007-ci ilin 30 avqust - 10 sentyabr tarixlərində Ərəb Dövlətləri Liqasının İqtisadi Birlik Şurasının nəzdində fəaliyyət göstərən Gəmiçilik Palatalarının Ümumərəb Federasiyasının Prezidenti Dəniz Admiralı Mahmud Hatim əl-Kadi Azərbaycanda işgüzar səfərdə olmuşdur. Səfər zamanı qonaq Xəzər Dəniz Gəmiçiliyində, Azərbaycan Ticarət və Sənaye Palatasında və Azərbaycan Sahibkarlar Təşkilatının Milli Konfederasiyasında görüşlər keçirmişdir.

2007-ci il 27 sentyabr tarixində Yeni Azərbaycan Partiyası tərəfindən Bakıda keçirilmiş “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” adlı konfransda Misir Ərəb Respublikasının hakim Milli Demokratik Partiyasının nümayəndə heyəti iştirak etmişdir. Milli Demokratik Partiyasını konfransda Partiyanın siyasi bürosunun üzvü, Misir Şura Məclisinin üzvü, müşavir Məcid Mahmud Yunis əş-Şirbini və siyasi büronun digər üzvü, xarici əlaqələr üzrə katib professor Məhəmməd Abdulla təmsil etmişlər.

2007-ci ilin 19-27 oktyabr tarixlərində Azərbaycan tərəfinin dəvəti  ilə  dr. Əhməd Ömər  Haşimin başçılığı ilə Misir-Azərbaycan parlamentlərarası  dostluq qrupu ölkəmizdə rəsmi səfərdə olmuşdur. Nümayəndə heyəti səfər zamanı AR Milli Məclisinin sədri O.Əsədov, Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin  işləri  üzrə  dövlət komitəsinin sədri  Ə.Həsənov, sabiq İqtisadi İnkişaf naziri H.Babayev, Təhsil naziri M.Mərdanov, Xarici İşlər naziri  E.Məmmədyarov, Dini qurumlarla iş üzrə dövlət  komitəsinin  sədri  H.Orucov və  MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr daimi komissiyasının üzvləri ilə görüşlər  keçirmiş, Fəxri Xiyabanı ziyarət edərək, ümummilli lider H.Əliyevin və onun həyat yoldaşı  tanınmış oftalmoloq akademik Z.Əliyevanın məzarları önünə əklil qoymuşlar. Misir  parlamentinin  üzvləri səfər  çərçivəsində Milli Məclisin iclas zalı, H.Əliyevin Xatirə muzeyi, Heydər Əliyev Fondu, AMEA Şərqşünaslıq İnstitutu, Əlyazmalar  İnstitutu, Qobustan Tarix-Bədii Qoruğu, Suraxanı atəşgahı, İçəri şəhər, Şirvanşahlar sarayı, Qız qalası ilə tanış olaraq, Bakı şəhərində müvəqqəti  məskunlaşmış  məcburi köçkünlərə baş çəkmişlər. Abşeron rayonunun icra  hakimiyyətinin başçısı Z.Fərəcovla görüşən misirli millət vəkilləri bu rayonla Misirin Qəlyubiyyə rayonu arasında bağlanmış qardaşlıq  sazişi çərçivəsində Qəlyubiyyə adı verilmiş  küçə və bu  küçədə yerləşən Heydər Əliyev parkı, ərəb dili  təmayüllü orta məktəb  və hazırda  inşaat  işləri  tamamlanmaq  üzrə  olan Misir parkı ilə tanış olmuşlar.

2007-ci ilin 22-23 oktyabr tarixlərində Bakıda İslam Konfransı Təşkilatına  üzv ölkələrin hüquq - mühafizə orqanları rəhbərlərinin konfransına hazırlıq üçün ekspertlər səviyyəsində keçirilmiş görüşdə Misir Daxili İşlər Nazirliyinin Baş Direktoru Fuad Ezam, Misirin Azərbaycandakı səfiri Yusif Əhməd əş-Şərqavi iştirak etmişlər.

2007-ci ilin 27-29 dekabr tarixlərində “Hökumətlərarası İqtisadi və Elmi-Texniki Əməkdaşlıq üzrə Müştərək Azərbaycan-Misir Komissiyası”nın Bakıda keçirilmiş 3-cü iclasında iştirak etmək üçün MƏR Beynəlxalq Əməkdaşlıq Naziri xanım Faizə Əbu ən-Nəcənin başçılığı ilə MƏR Beynəlxalq Əməkdaşlıq, Xarici İşlər, Xarici Ticarət, Səhiyyə, Rabitə və İnformasiya Texnologiyaları, Kənd Təsərrüfatı, Mülki Aviasiya, Neft, İnvestisiya, İnşaat nazirliklərinin və “Süveyş Kanalı” Universitetinin nümayəndələri, iş adamları, həmçinin Qalyubiyyə vilayəti qubernatorunu müşayiət edən şəxslərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Nümayəndə heyətinin səfəri zamanı imzalanacaq sənədlərin hazırlanması məqsədilə MƏR Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Avropa ölkələri İdarəsinin rəisi, xanım Zəhyə Əbu Zeydin başçılıq etdiyi ekspert qrupu həmin ilin 25 dekabr tarixində Azərbaycana gəlmişdir. Misir nümayəndə heyəti səfər zamanı AR Prezidenti cənab İ.Əliyev, Milli Məclisin sədri, Baş Nazir, İqtisadi İnkişaf Naziri, Xarici İşlər Naziri, Səhiyyə Naziri, RİT Naziri, Təhsil Naziri və digər rəsmi şəxslərlə görüşmüş, həmçinin Abşeron rayonunda olaraq, Qəlyubiyyə Parkının, həmin parkda MƏR Prezidenti H.Mübarəkin heykəlinin və misirli yazıçının büstünün, Saray xəstəxanasının açılışında iştirak etmiş, “Misir evi” adlı Misir məhsullarının daimi sərgi salonuna baxış keçirmişlər. 

2007-ci ilin 27 dekabr tarixində AR-in İqtisadi İnkişaf Nazirliyində “Hökumətlərarası İqtisadi və Elmi-Texniki Əməkdaşlıq üzrə Müştərək Azərbaycan-Misir Komissiyası”nın 3-cü iclası keçirilmişdir. 28 dekabr tarixində Müştərək Komissiyanın 3-cü iclasının nəticələrinə dair Yekun Protokol və 4 sənəd imzalanmışdır. Sənədləri AR tərəfindən Komissiyanın həmsədri, sabiq İİ Naziri H.Babayev, MƏR tərəfindən Beynəlxalq Əməkdaşlıq Naziri xanım Faizə Əbu ən-Nəcə imzalamışlar.

2008-ci ilin  27 yanvar tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Gövhər Baxşəliyevanın rəhbərliyi ilə AR Parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilən İslam Konfransı Təşkilatının Parlament İttifaqının yeddinci konfransında iştirak etmək üçün  Qahirə şəhərinə səfər etmişdir.            Nümayəndə heyəti səfər çərçivəsində Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun üzvləri və bir sıra digər rəsmi şəxslərə ikitərəfli görüşlər keçirmişlər. AR nümayəndə heyəti baxılması üçün Konfransda Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair iki qətnamə layihəsi təqdim etmiş və hər iki qətnamə qəbul edilmişdir.

2008-ci ilin 04-10 fevral tarixlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə AR nümayəndə heyəti Qahirə şəhərinin yaxınlığında yerləşən, Qəlyubiyyə vilayətinin tərkibinə daxil olan Qanatır Xeyriyyə şəhərində “Azərbaycan-Misir Dostluq Parkı”nın, həmin parkda ucaldılmış Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin heykəlinin və Azərbaycan küçəsinin açılışında iştirak etmək məqsədilə Misirdə bir həftəlik rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Z.Fərəcov Misirin birinci xanımı Suzan Mübarəklə görüşmüşdür. Görüş zamanı regionlarımız arasında münasibətlərin möhkəmlənməsinin iki ölkə arasında əməkdaşlığın daha fəal inkişafına şərait yaradacağı qeyd edilmişdir.

2008-ci ilin 14 mart tarixində BMT-nin BA-nın 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunmasına dair keçirilən səsvermədə Misir bitərəf mövqe tutmuşdur.

2008-ci ilin 10-11 iyun tarixlərundə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO və İSESKO-nun dəstəyi ilə keçirilmiş Beynəlxalq Forumda Misirin Qadın və Uşaqlar üzrə Milli Şuranın Baş Katibi xanım dr. Muşira Xattabın baççılıq etdiyi nümayəndə heyəti və İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Siracəddin  iştirak etmişdir.

2008-ci ilin 18-20 iyun tarixlərində AR Parlamentinin yaranmasının 90 illiyi münasibətilə keçirilmiş mərasimdə Misir Ərəb Respublikasının Şura Məclisinin Sədrinin birinci müavini xanım Zeynəb Rıdvan iştirak etmişdir.

2008-ci il 01 sentyabr tarixindən etibarən Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı yeni, say etibarilə beşinci Səfiri Sabir Əbdülqadir Mənsur fəaliyyətə başlamışdır.

2008-ci ilin sentyabr ayının 23-də Misir Ərəb Respublikasının birinci xanımı Suzan Mübarək Dünya gənclərinin IV məşğulluq sammitində (YES) iştirak etmək üçün Azərbaycana səfərə gəlmişdir. Sentyabrın 24-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda səfərdə olan Misirin birinci xanımı Suzan Mübarəki qəbul etmişdir. Xanim M.Əliyeva Azərbaycanda qadınların hüquqlarının qorunması sahəsində görülən işlərdən danışmışdır. O, dünyada qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində Misirin birinci xanımı Suzan Mübarəkin fəaliyyətinin əhəmiyyətini vurğulamışdır.

Azərbaycanda olmasından məmnunluğunu ifadə edən xanım Suzan Mübarək səfərinin ölkəmizlə Misir arasında daha sıx əməkdaşlığın qurulmasına töhfə verəcəyini söyləmişdir. Ölkəmizdə gedən inkişafın əyani şahidi olduğunu qeyd edən S.Mübarək Qadın problemləri sahəsində əməkdaşlığa hazır olduğunu bildirmişdir.

Xanım S.Mübarək sentyabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə də görüşmüşdür.

Azərbaycana səfəri çərçivəsində Misirin birinci xanımı Suzan Mübarək Heydər Əliyev Fondunda olmuş və Xırdalan şəhərinə gedərək, Misir-Azərbaycan dostluq parkında ucaldılmış Misir Prezidenti Hüsnü Mübarəkin abidəsini  və həmin şəhərdəki Suzan Mübarək adına ərəb dili təmayüllü orta məktəbi ziyarət etmişdir. Eyni zamanda xanım Suzan Mübarək sentyabrın 26-da Bakıda keçirilmiş “Azərbaycan qadınlarının III qurultayı”nda iştirak etmişdir.

2008-ci ilin 06-08 oktyabr tarixlərində İSESKO-ya üzv olan ölkələrin Ali Təhsil və Elmi Tədqiqat Nazirlərinin Bakıda keçirilən IV Konfransında Misir nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətinin tərkibinə Elmi tədqiqatlar akademiyasının Sədri Məhəmməd Tariq Hüseyn,  Mənsurə Universitetinin rektoru Əhməd Bəyyumi, YUNESKO üzrə Misir Milli Komitəsinin katibi Mühəndis Məhəmməd Səlim daxil olmuşlar.

2008-ci ilin 02-03 dekbar tarixlərində Avropa Şurasına üzv ölkələrin Mədəniyyət Nazirlərinin Bakıda keçirilən konfransında iştirak etmək üçün MƏR Mədəniyyət Naziri  Faruq Hüsni Azərbaycanda səfərdə olmuşdur.

2009-cu ilin 02 mart tarixində Azərbaycan Respublikası Xarici İşlər Naziri E.Məmmədyarov Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Qəzzanın yenidən qurulmasına həsr olunmuş Donorlar Konfransında iştirak etmək məqsədilə Misirə səfər etmişdir.

2009-cu ilin 21-22 aprel tarixlərində İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin hüquq mühafizə orqanlarının rəhbərlərinin Bakıda keçirilən ikigünlük ilk konfransında Misirin Daxili İşlər nazirinin müavini Məhəmməd Muxtar Zəkinin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Məhəmməd Muxtar Zəki İKT üzv dövlətlərin hüquq mühafizə orqanları rəhbərləri ilə birlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.

2009-cu ilin 29-30 iyun tarixlərində Misirin Şarm əş-Şeyx şəhərində Bərpa Olunan Enerji üzrə Beynəlxalq Agentliyin (İRENA) Hazırlıq Komissiyasının 2-ci sessiyası keçirilmişdir. Tədbirdə Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev iştirak etmişdir. Səfər çərçivəsində N.Əliyev Misirin Neft naziri Səmih Fəhmi ilə görüşmüşdür. Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Faiq Bağırov da iştirak etmişdir. Səfirlikdən bildirmişlər ki, görüşdə iki ölkə arasında neft və qaz sahələrində əməkdaşlığın perspektivləri, neft və qaz sənayesinin bugünkü vəziyyəti, xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin mayında Misirə rəsmi səfəri zamanı, neft və qaz sahələrində əməkdaşlığa dair tərəflər arasında əldə olunmuş razılıq, hər iki ölkənin dövlət başçılarının bu istiqamətdə göstərişləri müzakirə olunmuşdur.

2009-cu ilin 13-14 iyul tarixlərində Şarm əş-Şeyx şəhərində Bloklara Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin, 15-16 iyul tarixlərində isə həmin ölkələrin dövlət başçılarının XV zirvə toplantısı keçirilmişdir.

118 üzv və 18 müşahidəçi dövlətin, habelə 9 müşahidəçi beynəlxalq təşkilatın daxil olduğu Hərəkatın həmin toplantılarında 100 üzv ölkə təmsil olunmuş, 30 ölkə və 15 beynəlxalq təşkilatın nümayəndəsi isə qonaq qismində iştirak etmişdir.

Müşahidəçi ölkələrdən olan Azərbaycan hər iki tədbirdə respublikamızın Misirdəki fövqəladə və səlahiyyətli səfiri F.Bağırov tərəfindən təmsil edilmişdir.

2009-cu ilin 30 sentyabr tarixində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında 4 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Misirə səfər etmişdir. Nümayəndə heyəti 03 oktyabr 2009-cu il  tarixində Misirin Qalyubiyyə əyalətinin əl-Ubur şəhərində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın adını daşıyan orta məktəbin açılışında iştirak etmişdir.

2009-cu ilin  13-15 oktyabr tarixlərində İKT üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilmiş VI konfransında iştirak etmək məqsədilə MƏR-in Milli Kitabxana və Arxiv İdarə Heyətinin sədri   cənab Məhəmməd İbrahim Ərəbin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

Tədbir çərçivəsində Məhəmməd İbrahim Ərəb İKT üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları ilə birlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdir.

2009-cu ilin 22 oktyabr tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 21-ci iclasında iştirak etmək məqsədilə Misirin Xarici İşlər Nazirinin iqtisadi məsələlər və beynəlxalq əlaqələr üzrə köməkçisi səfir  Məhəmməd Orabi Azərbaycan Respublikasında səfərdə olmuşdur.

2009-cu ilin 18-21 noyabr tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi Kazım Teymurlunun başçılıq etdiyi nümayəndə heyəti Misir Həmkarlar İttifaqları Federasiyasının (ETUF) dəvətilə bu ölkədə səfərdə olmuşdur.

2009-cu ilin noyabr ayının sonunda Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru Şəmsəddin Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti MƏR-də səfərdə olmuşdur. Səfər zamanı Misirin birinci xanımı Suzan Mübarək AR nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüşün ardınca S.Mübarəkə ADİU-nun Fəxri Doktoru adının verilməsi ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.

2010-cu ilin 24-28 yanvar tarixlərində Bakı şəhəri Mədəniyyət idarəsinin rəisi Əlikram Əliyevin başçılıq etdiyi 74 nəfərdən ibarət nümayəndə heyətinin iştirakı ilə Misirin Qahirə və İskəndəriyyə şəhərlərində Azərbaycan Mədəniyyət günləri keçirilmişdir. Eyni zamanda, nümayəndə heyətinin tərkibinə M.F.Axundov adına Milli Kitabxanasının direktoru Kərim Tahirov daxil olmuşdur.

2010-cu ilin 09 aprel tarixində Misirin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Dövlət Rəssamlıq Akademiyasında Misir rəssamlarının əsərlərindən ibarət incəsənət sərgisi keçirilmişdir.

2010-cu ilin 26 aprel – 01 may tarixlərində Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin Müsəlman Avropa ölkələri, yeni müstəqil dövlətlər və MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun (TƏF) Baş katibi Samah Setohi Azərbaycana səfər etmişdir. Səfər zamanı S.Setohi Azərbaycan Respublikası Baş nazirinin müavini A.Şərifov, Xarici İşlər naziri E.Məmmədyarov, Xarici İşlər nazirinin müavini X.Xələfov, İqtisadi İnkişaf naziri Ş.Mustafayev, Mədəniyyət və Turizm naziri Ə.Qarayev, Milli Təhlükəsizlik nazirinin müavini Ə.Şəfiyev və Səhiyyə nazirinin müavini E.Ağayevlə görüşmüşdür.

2010-cu ilin 18-22 may tarixlərində Misirin Ali Təhsil nazirinin müavini Məhəmməd Cabir Əbu Əli Azərbaycana səfər etmişdir. Səfər zamanı M.C.Əbu Əli Təhsil naziri M.Mərdanov, Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Azərbaycan Universitetlərinin rəhbərləri görüşüb. Görüşlər əsnasında  Misirdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması, Azərbaycan Dövlət Neft Akademiyasının Misirin Süveyş Kanalı Universitetinin nəzdində filialının açılması və sair məsələlər müzakirə edilmişdir. Bundan əlavə, M.C.Əbu Əli "Misir mədəniyyəti dünya sivilizasiyasının kontekstində" mövzusunda konfransda və Mədəniyyət Mərkəzinin yeni binasının açılışında iştirak etmişdir.

2010-cu ilin 24-25 may tarixlərində Misir Ərəb Respublikasının Xarici İşlər Naziri Əhməd Əbul Ğeytin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı Ə.Əbul Ğeyt Azərbaycan Respublikasının Prezidenti cənab İlhan Əliyevin və Baş nazir A.Rasi-zadənin qəbulunda olmuş, Xarici İşlər naziri E.Məmmədyarov ilə görüşmüşdür. Ə.Əbul Ğeyt Misir Prezidenti H.Mübarək tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış Misirə səfər etmək üçün dəvət məktubunu yüksək ünvan sahibinə təqdim etmişdir.

Səfər çərçivəsində iki ölkə arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında sazişin, gənclərlə iş sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun və Azərbaycan Diplomatik Akademiyası ilə Misirin Diplomatik Tədqiqatlar İnstitutu arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.

2010-cu ilin 6-8 iyul tarixlərində Misir Ərəb Respublikasının neft naziri Samih Fehminin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı Samih Fehmi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş və ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevlə görüşmüşdür.

2010-cu ilin 01 sentyabr tarixindən etibarən Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı yeni, say etibarilə üçüncü Səfiri Şahin Abdullayev fəaliyyətə başlamışdır.

2011-ci ilin 7-9 aprel tarixlərində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Qahirə Universitetinin İqtisadiyyat və Siyasi elmlər fakültəsinin professoru Pakinam Şərqavi, Regional Araşdırmalar Mərkəzinin Direktoru Mustafa Ləbbad və misirli jurnalist Məhəmməd Sələmə Azərbaycanda səfərdə olmuşlar. 

2012-ci ilin 28 iyun-01 iyul tarixlərində Bakıda keçirilmiş “Crans Montana Forum”un 23-cü yubiley tədbirində Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin nümayəndəsi d-r Prof. Radvan Həsən Abdulhəmid Radvan iştirak etmişdir.

2012-ci ilin 12 oktyabr tarixində Misir Ərəb Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Tarek Hosni Ahmed Abusenna etimadnamələrinin surətini AR Xarici İşlər Naziri c-b Elmar Məmmədyarova təqdim etmişdir. 2012-ci ilin 14 oktyabr tarixində Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Tarek Hosni Ahmed Abusennanın etimadnaməsini qəbul etmişdir. 

2013-cü ilin  23-26 aprel tarixlərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakı şəhərində keçirilmiş II Sessiyasında Misir Ərəb Respublikasının İşçi Qüvvəsi və İmmiqrasiya Naziri Xalid Əl-Əzhərinin  başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2013-cü ilin 11 iyun tarixində Bakıda keçirilmiş Qüds şəhərinin inkişaf etdirilməsi məqsədi ilə strateji sektor planının maliyyələşdirilməsinə dair donor ölkələrin konfransı və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik şəbəkəsinin yaradılmasına dair konfransda Misir Ərəb Respublikasının Xarici İşlər Naziri Məhəmməd Kamal Amr iştirak etmişdir.

Konfrans çərçivəsində xarici işlər naziri Məhəmməd Kamal Amr ilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş keçirilmişdir.       

2013-cü ilin 31 oktyabr – 01 noyabr tarixlərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda Misir Xarici İşlər Nazirinin müavini Fatma Əl-Zahra Etmanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2014-cü ilin 01-06 iyun tarixlərində Bakıda Misir mədəniyyət günləri keçirilmişdir.

2014-cü ilin 20-21 oktyabr tarixlərində “İƏT üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda Bakıda keçirilmiş V beynəlxalq konfransda Misirin Qadınlar üzrə Milli Şurasının sədri xanım Mirvat Təllavi iştirak etmidir.

2015-ci ilin 17-20 fevral  tarixlərində AR DSX nümayəndə heyəti general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında Misirin müdafiə və hərbi sənaye naziri Sidqi Sübhinin dəvəti ilə Misirdə səfərdə olmuşdur.

2015-ci ilin 15 mart tarixində Misirin Şarm Əl-Şeyx şəhərində keçirilmiş “Misir iqtisadiyyatına dəstək” konfransında Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin  Mustafayev iştirak etmişdir.

2015-ci ilin 27 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xaled Foudanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

2015-ci ilin 6 avqust tarixində keçirilmiş Misirin yeni Süveyş kanalının açılışı mərasimində ölkəmizi Baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

2015-ci ilin 9 oktyabr tarixində Misir Ərəb Respublikasının Azərbaycan Respublikasına yeni təyin edilmiş səfiri xanım Syuzan Məhəmməd Cəmil Məhəmmədi etimadnamələrinin surətini xarici işlər naziri E.Məmmədyarova təqdim etmişdir. 

2015-ci ilin 29 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Azərbaycandakı yeni Səfiri Suzan Məhəmməd Cəmil Məhəmmədin etimadnaməsini qəbul etmişdir.

2015-ci ilin 9 noyabr tarixində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Misirə səfər etmişdir. Səfər zamanı R.Abdullayev Misirin Baş naziri Şərif İsmayıl ilə görüşmüş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Ə.Əs-Sisiyə ünvanladığı məktubu Baş nazirə təqdim etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli, 1651 saylı Sərəncamı ilə Şahin Abdullayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında və eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli, 1745 saylı Sərəncamı ilə Tural Rzayev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 1862 saylı Sərəncamı ilə Tural Rzayev Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifəsinə təyin edilmişdir.

2016-cı ilin 29 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahimi qəbul etmişdir.

2016-cı ilin mart ayında Azərbaycanın Xəzər universitetinin rektoru Hamlet İsaxanlı işgüzar səfərlə Misirə gəlmişdir. Səfər çərçivəsində Misirin Elm və Texnologiya universiteti ilə Xəzər universiteti arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

2016-cı ilin 23 may tarixində Azərbaycan Respublikasının Misirdəki səfiri Tural Rzayev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisiyə öz etimadnaməsini təqdim etmişdir.

2016-cı ilin 30 sentyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Misir Parlamentinin xarici əlaqələr komitəsinin sədri, keçmiş xarici işlər naziri Məhəmməd Orabini qəbul etmişdir.

2016-cı ilin 28 oktyabr-02 noyabr tarixlərində Misirin Lüksor şəhərində Ümumdünya Turizm Təşkilatının İcraedici Şurasının 2017-ci il üçün sədrliklə bağlı iclası keçirilmişdir. Tədbirdə AR Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyətimiz iştirak etmişdir. Lüksor şəhərində keçirlən həmin tədbirdə AR Mədəniyyət və Turizm Naziri 2017-ci ildə bu şuranın sədri seçilmişdir. AR Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin Misirə işgüzar səfəri çərçivəsində MƏR Mədəniyyət Naziri cənab Helmi Nəmnəm, Misirin Turizm Naziri cənab Yəhya Raşid ilə görüşləri təşkil olunmuşdur.

2016-cı ilin 16-21 oktyabr tarixlərində Misir prezidenti cənab Əbdülfəttah Sisinin himayəsi ilə Qahirədə keçirilmiş “Fətva, problemli reallıqlar və gələcək perspektivlər” mövzusunda  beynəlxalq konfransda Azərbaycan tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin I müavini Hacı Salman Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2016-cı ilin 2 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfər etmişdir. Səfər  çərçivəsində Elmar Məmmədyarov Misir Prezidenti Əbdülfəttah Əs-Sisi, baş nazir Şərif İsmayıl və xarici işlər naziri Sameh Şükri ilə görüşmüşdür.

2016-cı ilin 06-08 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və AR-ın Misirdəki səfirliyinin birgə iştirakı ilə Misirin “Xarici Məsələlər üzrə Misir Şurası”, Misirin nüfuzlu “Əl-Əhram” və “Əl-Cumhuriyyə” müəssisələri, “Əl-Hivar Siyasi və Media Araşdırmaları” mərkəzi, “Mədəniyyət Forumu” mərkəzində bir neçə görüşlər və tədbirlər keçirilmiş, Qahirə Universitetinin  “İqtisadiyyat və Siyasi elmər” fakültəsinin nəzdində fəaliyyət göstərən “Tədqiqatlar, Siyasi Araşdırmalar və Mədəniyyətlərarası dialoq” mərkəzində konfrans təşkil edilmişdir.

2017-cı ilin 27 mart tarixində İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Misir Ərəb Respublikasının prezidenti cənab Əbdülfəttah Əs-Sisi, habelə hər iki ölkənin XİN başçıları arasında təbrik məktubları mübadiləsi həyata keçirilmişdir.

2017-ci ilin 28 mart tarixində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Misir Yazıçılar Birliyinin dəvəti ilə Qahirədə olub. Səfər çərçivəsində Azərbaycan ilə Misirin Yazıçılar birlikləri arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Müqaviləni Misir Yazıçılar Birliyinin sədri Ala Əbdülhadi və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar imzalayıblar.

2017-ci ilin mayın 4-də Misir Ərəb Respublikasının Ali təhsil və Elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıda səfərdə olub və AR Təhsil Naziri təhsil naziri Mikayıl Cabbarov ilə görüşüb.

2017-ci ilin mayın 6-da Misir Ərəb Respublikasının Ali təhsil və Elmi tədqiqat nazirinin birinci müavini Mohamed Hossam əl-Din əl-Sayed əl-Malehi Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov ilə görüşüb.

2017-ci ilin oktyabr ayının 5-də AR Baş Prokrorluğunun müavini Kamran Əliyev Misirin Şarm Əl-Şeyx şəhərində səfərdə olub. Misir Ərəb Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış İnzibati Nəzarət Qurumunun fəaliyyəti ilə tanış olmuşdur.

2017-ci ilin 14-15 noyabr tarixlərində Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xaled Fuda Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri E.Məmmədyarov, habelə mədəniyyət və turizm naziri Ə.Qarayev ilə görüşmüşdür.

2018-ci ilin 22 fevral tarixində Misirdə Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək komissiyanın 4-cü iclası keçirilmişdir. İclasda Azərbaycan tərəfini iqtisadiyyat naziri Şahin Mustafayev, Misirin tərəfini isə beynəlxalq əməkdaşlıq naziri Sahar Nəsrin təmisl etmişdir. Səfər zamanı Ş.Mustafayev Misir Prezidenti Ə.Əs-Sisi, baş nazir Şərif İsmayıl, xarici işlər naziri Sameh Şükri, biznes naziri Xalid Bədəvi və Qalyubiyyə vilayətinin qubernatoru Mahmud Əş-Şimavi ilə görüşmüşdür.

2018-ci ilin 28 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Misirin ölkəmizə yeni təyin olunmuş səfiri Adil İbrahim Əhməd İbrahimin etimadnaməsini qəbul etmişdir.

2018-ci ilin 5-6 aprel tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Aralıq Nazirlər Konfransında Misirin BMT-dəki daimi nümayəndəsi Məhəmməd İdris iştirak etmişdir.

2018-ci ilin aprelin 18-də Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov Misirdə Azərbaycan dilinin tədris olunduğu Ayn Şəms Universitetinin dəvəti ilə “Şərq araşdırmaları: təşəkkülü və inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

2018-ci ilin sentyabrın19-21-tarixlərində Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Bakıda keçirilmiş təntənəli toplantıda MƏR Milli Məclisinin sədrinin birinci müavini Mahmud Əhməd Şərifin başçılıq etdiyi nümayəndə heyəti işitrak etmişdir.

2018-ci ilin sentyabrın19-21-tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfərə gələn Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifi qəbul edib. Həmçinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikası parlamentinin nümayəndə heyəti ilə görüşüb.

2018-ci ilin oktyabrın 06-da Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev Misirdə səfərdə olub. Səfərin məqsədi Misirin Qalyubiyyə əyaləti ilə Azərbaycanın Abşeron rayonu arasında 2007-ci ildə imzalanmış qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi olmuşdur.

2018-ci ilin oktyabrın 15-də Misir Ərəb Respublikasının paytaxtı Qahirədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin su nazirlərinin dördüncü konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasını Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev və baş məsləhətçi Fərid Əliyev təmsil etmişlər.

2018-ci ilin 25-26 oktyabr tarixlərində keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumda Misirin Qalyubiyyə əyalətinin qubernatoru Dr Alaa Abdelhalim və sabiq qubernator general Mahmud Əl-Aşmavi iştirak etmişlər.

2019-cu ilin 4-5 fevral tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin və Misir hökumətinin dəvəti ilə Misirdə səfərdə olub. Tədbir çərçivəsində Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb.

2019-cu ilin 4-5 fevral tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Misir parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri Seyid Əl-Şərif, Vəqflər naziri Məhəmməd Muxtar Cümə, Fətva İdarəsinin rəhbəri, Misir diyarının baş müftisi Şövqi Əllamla görüşüb.

2019-ci ilin fevral ayının 04-09 tarixlərində Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu çərçivəsində Azərbaycanın Mədəniyyət günləri keçirilmişdir. Tədbirdə AR Mədəniyyət Nazirliyinin nümayəndələri və incəsət xadimləri iştirak etmişlər.

2019-cu ilin 17-22 fevral tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasında səfərdə olub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin-“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”  təqdimatı keçirilib.

2019-cu ilin 19 fevral tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Misir Elmi Araşdırmalar Akademiyasının vitse-prezidenti Samih Hamdi Surur ilə görüşüb.

2019-cu ilin 18 fevral tarixində akademik Yaqub Mahmudov Qahirə universitetinin Humanitar elmlər fakültəsinin dekanı, professor Əhməd Əş-Şərbini Əs-Seyd, Şərq dilləri kafedrasının rəhbəri, doktor Cəlal Əs-Səid əl-Həfnəvi və digər alimlər ilə görüşlər keçirib.

2019-cu ilin 19 fevral tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanasında olub. Kitabxananın xarici əlaqələr və protokol şöbəsinin müdiri Şərif Riyadla görüşüb.

2019-cu ilin 15-18 iyun tarixlərində Misirin turizm naziri xanım Rania Al Maşatın başçılıq etdiyi nümayəndə heyəti iyunun 15-dən 18-dək Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Bakıya gəlmişdir.

2019-cu ilin 25-25 oktyabr tarixlərində Misir Ərəb Respublikasının Xarici İşlər Naziri Sameh Şukri Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında iştirak etmişdir.

2019-cu ilin 13 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

2019-cu ilin 14-15 noyabr tarixlərində Bakıda keçirilən Dini liderlərin II Bakı sammitində iştirak etmək üçün Misirin Baş müftisi Şövqi İbrahim Əllam, Prezidentin Dini məsələlər üzrə müşaviri Usama Əl-Əzhəri, Misir Parlamentinin I Vitse-Spikeri Seyyid Mahmud Şərif, Parlamentin Dini məsələlər və Vəqflər Komissiyanın sədri, Misir-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Dr Usama Əl-Əbd Azərbaycanda səfərdə olmuşlar.

Parlamentlərarası əlaqələr

Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə dostluq qrupu

  1. Baxşəliyeva Gövhər Baxşəli qızı - qrupun rəhbəri
  2. Əliyeva Jalə Fazil qızı-üzv
  3. Fətəliyeva Sevinc Həbib qızı -üzv
  1. Hüseynova Sevinc Əmirəhməd qızı-üzv
  2. Xanlarova Zeynəb Yəhya qızı -üzv
  1. Qurbanov Cavid Qənbər oğlu -üzv
  2. Məmmədov İlham Kazım oğlu-üzv
  3. Paşayeva Qənirə Ələsgər qızı-üzv

Misir-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu

  1. Məhəmməd Həsən Əl-Abd – dini məsələlər üzrə daimi komissiyanın sədri, qrupun rəhbəri;
  2. Usamə Həsən Heykəl-üzv
  3. Üsamə Seyyid Mahmud Saadul-Əzhəri-üzv
  4. Şukri Seyyid Əhməd Seyyid Cundi-üzv
  5. Məhəmməd Həmdi Məhəmməd Dasuqi-üzv
  6. Yasir Ömər Məhəmməd Ömər-üzv
  7. Ömər İbrahim Əbdül-Məcid Hamruş-üzv
  8. İbrahim Əbdül-Əziz Məhəmməd Hicazi-üzv
  9. Xanım Əmani Əziz Riyad Əziz-üzv
  10. Xanım Soləf Huseyn Mustafa Dərviş-üzv

 

*Sonuncu parlamentlərarası dostluq qrupu 2018-ci ildə təsis edilmişdir

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Misir Ərəb Respublikası

arasında imzalanmış sənədlər

 

  1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu (08 noyabr 1992-ci il, Qahirə);
  2. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş (08 noyabr 1992-ci il, Qahirə);
  3. Azərbaycan – Misir Birgə Bəyanatı (10 noyabr 1992-ci il);
  4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Misir Ərəb Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Protokol (16 iyun 1993-cü il, Qahirə);
  5. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Konsulluq Konvensiyası (07 aprel 1994-cü il, Qahirə);
  6. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş (1994-cü il 07 aprel, Qahirə);
  7. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Konsulluq məsələləri üzrə əməkdaşlıq haqqında Protokol (07 aprel 1994-cü il, Qahirə);
  8. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında informasiya sahəsində əməkdaşlıq haqqında Protokol (07 aprel 1994-cü il, Qahirə);
  9. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq Sazişi (07 may 1996-cı il, Qahirə);
  10. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında hava daşımaları haqqında Saziş (1997-ci il 17 fevral, Qahirə);
  11. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında Saziş (24 oktyabr 2002-ci il, Bakı);
  12. Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın birinci iclasının Protokolu (24 oktyabr 2002-ci il, Bakı);
  13. Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Misirin Ərəb Respublikasının Sənaye Palataları Federasiyası arasında əməkdaşlıq haqqında Protokol (24 oktyabr 2002-ci il, Bakı);
  14. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında informasiya - mədəniyyət mərkəzlərinin təsisi və fəaliyyət şərtləri haqqında Saziş (2 mart 2005-ci il, Bakı);
  15. 2005-ci ilin noyabr ayında Misirdə “Azərbaycan Mədəniyyət Günləri” və 2006-cı ilin aprel ayında Azərbaycanda “Misir Mədəniyyət Günləri”nin keçirilməsi barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Misir Ərəb Respublikası Mədəniyyət Nazirliyi arasında Niyyət Protokolu (29 mart 2005-ci il, Qahirə);
  16. Azərbaycan Respublikası Naxçıvan Dövlət Universiteti və Misir Ərəb Respublikasının Qahirə Universiteti arasında Əməkdaşlıq haqqında Müqavilə (20 aprel 2005-ci il, Qahirə);
  17. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Misir Ərəb Respublikasının Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi arasında 2005-2007-ci illər üçün ali təhsil sahəsində Əməkdaşlıq Proqramı (23 aprel 2005-ci il, Qahirə);
  18. 25-30 iyul 2005-ci il tarixlərində Azərbaycan nümayəndələrindən ibarət İşçi qrupun Qahirə şəhərinə səfərinin nəticələri barədə Yaddaş qeydi (28 iyul 2005-ci il, Qahirə);
  19. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Ərəb Dövlətləri Liqasının Baş Katibliyi arasında Anlaşma Memorandumu (16 oktyabr, 2005-ci il, Qahirə);
  20. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Mədəniyyət sahəsində Əməkdaşlığa dair Saziş (10 noyabr 2005-ci il, Qahirə);
  21. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası Maliyyə Nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş (26 dekabr 2005-ci il, Qahirə);
  22. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Misir Ərəb Respublikasının Xarici Ticarət və Sənaye Nazirliyinin Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu (26 dekabr 2005-ci il, Qahirə);
  23. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Misir Ərəb Respublikasının Səhiyyə və Əhali Nazirliyi arasında səhiyyə və əczaçılıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu (26 dekabr 2005-ci il, Qahirə);
  24. Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın ikinci iclasının Protokolu (26 dekabr 2005-ci il, Qahirə).
  25. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu (21 mart 2007-ci il, Qahirə).
  26. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş (7 may 2007-ci il, Qahirə);
  27. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında hava nəqliyyatı haqqında Sazişə dair Protokol (7 may 2007-ci il, Qahirə);
  28. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında turizm əməkdaşlığı sahəsində Anlaşma Memorandumu (7 may 2007-ci il, Qahirə);
  29. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Misir Ərəb Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş (Sənədi Azərbaycan tərəfindən Ədliyyə Naziri F.Məmmədov, Misir tərəfindən Beynəlxalq Əməkdaşlıq Naziri Faizə Əbul Nəqa imzalamışlar - Qahirə, 7 may 2007-ci il);
  30. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Misir Ərəb Respublikasının Kənd Təsərrüfatı və Meliorasiya Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş (Sənədi Azərbaycan tərəfindən sabiq İqtisadi İnkişaf Naziri H.Babayev, Misir tərəfindən Beynəlxalq Əməkdaşlıq Naziri Faizə Əbu ən-Nəcə imzalamışlar - Qahirə, 7 may 2007-ci il);
  31. Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) və Misirin Yaxın Şərq Xəbər Agentliyi (MENA) arasında Əməkdaşlıq Sazişi (Sənədi Azərbaycan tərəfindən AzərTac-ın Baş direktoru A.Aslanov, Misir tərəfindən MENA-nın İdarə heyətinin sədri Abdulla Həsən imzalamışlar - Qahirə, 7 may 2007-ci il);
  32. “Azərpoçt” Dövlət Müəssisəsi (Milli Operator) və Misir Milli Poçt Təşkilatı arasında beynəlxalq pul baratlarının mübadilə olunması üzrə İkitərəfli Saziş” (Sənədi Azərbaycan tərəfindən sabiq İqtisadi İnkişaf Naziri H.Babayev, Misir tərəfindən Rabitə Naziri Tariq Məhəmməd Kamil imzalamışlar - Qahirə, 7 may 2007-ci il);
  33. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Misir Ərəb Respublikasının Daxili İşlər Nazirliyi arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu (Sənədi Azərbaycan tərəfindən Daxili İşlər Naziri R.Usubov, Misir tərəfindən Dİ Naziri Həbib əl-Ədli imzalamışlar - Qahirə, 7 may 2007-ci il);
  34. F.Axundov adına Azərbaycan Milli Kitabxanası və Misir Ərəb Respublikasının İsgəndəriyyə Kitabxanası arasında Anlaşma Memorandumu (Sənədi Azərbaycan tərəfindən AR-in MƏR-dəki Səfiri F.Bağırov, Misir tərəfindən İsgəndəriyyə Kitabxanasının müdiri İsmayıl Siracəddin imzalamışlar - Qahirə, 7 may 2007-ci il);
  35. Azərbaycan Respublikasının Abşeron Rayonu və Misir Ərəb Respublikasının Qəlyubiyyə Əyaləti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu (Sənədi Azərbaycan tərəfindən AR-in MƏR-dəki Səfiri F.Bağırov, Misir tərəfindən Qəlyubiyyə İcra hakimiyyətinin başçısı Ədli Hüseyn imzalamışlar - Qahirə, 7 may 2007-ci il);
  36. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Misir Ərəb Respublikasının Neft Nazirliyi arasında texniki əməkdaşlığa dair Protokol (Sənədi Azərbaycan tərəfindən Xİ Naziri E.Məmmədyarov, Misir tərəfindən Neft Naziri Sameh Fəhmi imzalamışlar - Qahirə, 7 may 2007-ci il);
  37. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmış rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumuna Əlavə Protokol (Qahirə, 7 may 2007-ci il);
  38. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Misir Ərəb Respublikası İsgəndəriyyə İş adamları Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş (4 sentyabr 2007-ci il, Bakı);
  39. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası ilə Dəniz Gəmiçiliyi Palataları Ərəb Federasiyası arasında əməkdaşlıq haqqında Saziş (6 sentyabr 2007-ci il, Bakı);
  40. Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə Misir Ərəb Respublikası İsgəndəriyyə İş adamları Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş (6 sentyabr 2007-ci il, Bakı);
  41. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında gömrük məsələləri və gömrük hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş (Bakı, 29 dekabr, 2007-ci il);
  42. Azərbaycan Televiziya və Radio Verilişləri QSC və Misir Televiziya və Radiosu arasında Anlaşma Memorandumu (Bakı, 29 dekabr, 2007-ci il);
  43. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu və Misir Ərəb Respublikasının Milli Kitabxanası və Arxivləri arasında əməkdaşlığa dair Protokol (Bakı, 29 dekabr, 2007-ci il);
  44. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Misir Ərəb Respublikasının Kənd Təsərrüfatı və Torpaqların Meliorasiyası Nazirliyi arasında “Misir-Azərbaycan Elmi-Tədqiqat Mərkəzi”nin təsis edilməsi haqqında Protokol (Bakı, 29 dekabr, 2007-ci il);
  45. Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın üçüncü iclasının Protokolu (29 dekabr 2007-ci il, Bakı);
  46. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Misir Ərəb Respublikasının Mülki Aviasiya Nazirliyi arasında Anlaşma Memorandumu (11 mart 2009-cu il, Qahirə);
  47. Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş (Bakı şəhəri, 24 may 2010-cu il, Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2010-cu il 1024 saylı sərəncamı ilə təsdiq edilmişdir);
  48. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Misir Ərəb Respublikasının Milli Gənclər Şurası arasında Anlaşma Memorandumu (Bakı şəhəri, 24 may 2010-cu il, Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2010-cu il 1024 saylı sərəncamı ilə təsdiq edilmişdir);
  49. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Tədqiqatlar İnstitutu arasında əməkdaşlıq haqqında Saziş (Bakı şəhəri, 24 may 2010-cu il, Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2010-cu il 1024 saylı sərəncamı ilə təsdiq edilmişdir);
  50. Azərbaycan ilə Misirin Yazıçılar birlikləri arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Müqaviləni Misir Yazıçılar Birliyinin sədri Ala Əbdülhadi və Azərbaycan Yazıçılar Birliyinin sədri Anar imzalayıblar. (Misir, Qahirə şəhəri. 2017-ci ilin 28 mart tarixində)
  51. Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın dördüncü iclasının Protokolu (22 fevral 2018-ci il, Qahirə).
  52. Müştərək komissiya IV iclası çərçivəsində AZPROMO ilə Misirin İxracın İnkişaf Qurumu ( EDA) və AZPROMO ilə Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAF) arasında anlaşma memorandumları imzalanmışdır (22 fevral 2018-ci il, Qahirə).