Etibarlıq müddəti bitmiş, səhifəsi dolmuş pasportlar
Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır. Yalnız ( * ) ulduz işarəsi ilə qeyd edilən 1.1., 1.2., l.3., 1.4., 1.5., 1.6., 1.7., 1.8., 1.9. və 17-ci qrafalar doldurulmalıdır.17-ci qrafada ərizəçinin imzası notariusda təsdiq etdirilməlidir.
Tələbələr, həmçinin oxuduqları təhsil müəssisəsindən müvafiq arayış təqdim etməlidirlər.
Şəxsin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır.
Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır. "Pay to the order of: Embassy of Azerbaijan".
40 (qırx) manat Bakıda ödənildikdən sonra, Konsulluq İdarəsi sənədləri Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə göndərir.
  1. Pasportun əsli;
  2. Pasportun surəti - 3 nüsxə;
  3. Ərizə - Anket - 2 nüsxə Nümunə;
  4. Uçot katoçkası;
  5. Azərbaycan Respublikası vətəndaşının ərizəsi Nümunə;
  6. Pasport üçün rəngli fotoşəkil - 4 ədəd;
  7. 55 (əlli beş) ABŞ dolları məbləğində "money order";
  8. 40 (qırx) manat məbləğində rüsum Bakıda Daxili İşlər Nazirlyinin Pasport və Qeydiyyat İdarəsinin kassasında ödənilir;

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin (Zərfin üstünə ünvanınızı yazın və pasportun Express Mail ilə geri qaytarılması üçün ödəniş markası yapışdırın).

Pasportun rəsmiləşdirilməsi adətən 2-4 ay müddət tələb edir.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.